Sabiq icra başçısının qızının məhkəməsi başladı: 500 minlik dələduzluq

Hazırda oxunan: Sabiq icra başçısının qızının məhkəməsi başladı: 500 minlik dələduzluq

115494
Dələduzluqda təqsirləndirilən sabiq icra başçısının qızı Nigar Abdullayeva barəsindəki hökmdən kassasiya şikayəti verib.xa0

N.Abdullayevin kassasiya şikayətinə hakim Gülzar Rzayevanın sədrliyi ilı yanvarın 12-də baxılacaq.
xa0
Qeyd edək ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü Nigar Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin Protokol şöbəsinin rəisi olub. O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.
xa0
Bu il sentyabr ayının 22-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunan N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan N.Abdullayeva apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin məhkəmənin ilkin qərarından kassasiya şikayəti verilib.(Lent.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin