Yusif İldırımzadə haqqında ildırım kimi ittiham...

Hazırda oxunan: Yusif İldırımzadə haqqında ildırım kimi ittiham...

114854
Prezidentə və Baş Prokurora şikayət: Yusif İldırımzadənin himayəsi ilə «Bank Standart»ın əməkdaşlarının da daxil olduğu dələduz dəstə 2010-2012-ci illər ərzində vətəndaşların 1.858677 manat və 623.930 dollar pulunu mənimsəyib”¦

“Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir”x9d.

Yəqin xatırladınız. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur...

Redaksiyamıza Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küç.,4-də pasport qeydiyyatında olan Əhmədxanov Rafiq Misirxan oğlu və onun qanuni nümayəndəsi Məmməd Həmidovun imzası ilə prezident İlham Əliyevə, baş prokuror Z.Qaralova, daxili işlər naziri R.Usubova, ədliyyə naziri F.Məmmədova, «Bank Standard”x9dın İdarə Heyətinin sədri xa0A.Nəsibova və surəti «Təzadlar» qəzetinə ünvanlı şikayəti daxil olub.
Biz KİV olaraq şikayətçini və onun nümayəndəsini redaksiyamıza dəvət etdik. Bizə təqdim olunmuş bir qovluq sənədlərlə tanışlıqdan sonra şoka düşdük”¦ Təsəvvür edin ki, qanunları müdafiə etməli olan prokuror - Xətai rayon prokuroru Yusif İldırımzadə, Xətai RPİ-nin məsul şəxsləri (adları aşağıda qeyd olunur) cinayətkarların müdafiəsində və himayəsində durublar.xa0
Bu yerdə prezident İlham Əliyevin bu yaxınlarda ölkə ictimaiyyətinə xitabən söylədiyi və yuxarıda qeyd edilən fikirləri Xətai rayon prokuroru Yusif İldırımzadənin bir daha oxumasını arzu edərdik...

Mənasını cənab Yusif İldırımzadəyə izah etməyə lüzum yoxdur yəqin ki”¦ Amma aşağıda şikayətçinin və onun hüquqi nümayəndəsinin bu sözlərin müəllifi cənab Prezidentə, Baş Prokuror cənab Zakir Qaralova və digər məsul şəxslərə şikayətini təqdim edirik. Yəqin ki, nəticə çıxarmağa dəyər:

Çox hörmətli cənab Prezident!

Hörmətli Baş Prokuror!

Mən, Məmməd Həmidov, hüquqlarını müdafiə etdiyim Xətai rayonu, Elçin Əliyev küç.,4-də pasport qeydiyyatında olan Əhmədxanov Rafiq Misirxan oğlunun nümayəndəsi olaraq bildirirəm ki, o, 2013-cü ilin may ayında Xətai Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək ailəyə məxsus külli-miqdarda pulun (təxminən 50.000 manat) Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə küçəsi ev 57, mən.-19-da yaşayan Sevda və Hicran Səlman qızı Gözəlovalar tərəfindən aldatma yolu ilə mənimsənildiyini bildirmişdir. Uzun get-gəllərdən sonra nəhayət, təqdim edilən sənədlər üzrə Xətai Rayon Prokurorluğunda faktlar əsasında AR Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə başlanmış 130116143 saylı cinayət işi Xətai Rayon Polis İdarəsinin istintaq Şöbəsinə araşdırılmağa verilmişdir.xa0

”¦Sonradan məlum olmuşdur ki, bu iki bacı - “Bank Standard”x9dın adından çıxış edən 5 nəfər şəxslə qabaqcadan əlbir olan Sevda və Hicran Gözəlova bacıları R.M.Əhmədxanovun etibarından süi-istifadə etmiş, onu şirnikləndirərək (əlavə qazanc vəd edərək) 50.000 manat civarında pulunu «Bank Standard»ın Gəncədə yerləşən filialına müntəzəm olaraq köçürmələr etdirməklə mənimsəmişlər.
İş üzrə zərərçəkmiş qismində tanınmış R.Əhmədxanov yerli polis və prokurorluğa etdiyi şikayətlərin ört-basdır edilməsindən narazı qaldığından uzun müddət çarəsiz duruma düşmüşdür, hətta əsəb xəstəliyi tapmışdır. Ona görə ki, o, hamı kimi cənab Prezidentə, Baş Prokurora inanmışdır. İnanmışdır ki, prezidentin razılığı, Baş Prokurorun əmri ilə təyin olunmuş prokuror qanunları müdafiə edəcək. Amma məlum olmuşdur ki, prokuror Yusif İldırımzadə ona edilən yüksək etibarı və etimadı doğrultmur”¦ Səbəbi də budur ki”¦

Şikayətçi çıxılmaz vəziyyətdə”¦

Şikayətçi R.M.Əhmədxanovun məsələni məcbur olub mülki qaydada Gəncə şəhəri Nizami rayon Məhkəməsində araşdırılması üçün müraciət etmişdir. Təsəvvür edirsinizmi, Yusif İldırımzadə özünün qərarı ilə Az. Res. CM-nin 178.3.2 maddəsi üzrə başlatdığı 130116143 saylı cinayət işinin istintaqına nəzarət etməli olduğu halda, barəsində şikayət edilənlər və bankın rəsmiləri onun təmtəraqlı və yaraşıqlı kabinetinə «girib çıxandanq sonra» qanun, Prezidentin etimadı, Baş Prokuror Zakir Qaralovun etibarı «yaddan çıxmışdır». Niyə???xa0

Maraqlıdır, sonuncu dəfə Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rauf Məmmədov Xətai rayon Prokurorluğu tərəfindən təqdim edilmiş ərizə və sənədlər əsasında CM-nin 178.3.2 maddəsi üzrə başlanmış 130116143 saylı cinayət işinə 3-cü dəfə heç bir əsas olmadan, əksinə, dələduz dəstənin vəkili rolunda çıxış edərək cinayət işinə xitam verilməsi barədə çıxardıqları 24.09.2013-cü il, 11.12.2013-cü il və sonuncu dəfə isə 25.06.2015-ci il tarixli əsassız qərarlarından yenə 10.11.2015-ci il və 12.12.2015-ci il tarixində şikayət vermişdir. Bəli, müstəntiq haqlı idi: çünki ona prokuror belə «tövsiyyə edibmişÂ».xa0

Bundan əvvəl isə məsələyə hüquqi qiymət verilməsi üçün 2015-ci ilin mayında Baş Prokurorluğa da müraciət edilmişdir. Təqdim edilmiş cinayət işinin materialları Baş Prokurorluqda araşdırılmış və Xətai rayon prokuroru Yusif İldırımzadənin ərköyünlüyündən (səbəbini bütün ölkə bilir. Amma çox təəssüf!) bezən cənab şöbə müdiri Müşfiq Səfərovun təqdimatı əsaında 08 iyun 2015-ci il tarixində 130116143 saylı cinayət işi öyrənilmiş, bu dəfə Xətai RPİ-nin 11.12.2013-cü il tarixli Qərarı haqlı olaraq ləğv edilərək istintaq davam etdirilməsi üçün baş müstəntiq R.Kərimovun icraatına göndərilmişdir.

Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadə kimin xahişini etmişdir???

Lakin bizə verilən məlumata görə yenidən «Bank Standart»ın rəsmiləri prokuror Yusif İldırımzadənin yanına elçilərini göndərmişdir”¦ Hələlik adının açıqlanmasını məqbul hesab etmədiyimiz mənbə bildirir ki, Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadə « («Əmrahbank»ın İH-nin sədri) yaxın dostu olan «Bank Standart»ın direktorunun karına gəlmişdir”¦ Ola bilərmi ki, prokuror qardaş bankir qardaşın sözünü yerə salsın??? Əsla! Belə də olur”¦ Və bu qalmaqallı işin icraatı yenidən işin əvvəlki araşdırmaçısı olmuş müstəntiq Rauf Məmmədova (?) həvalə edilmişdir. Müstəntiq R.Məmmədov tərəflərin yazılı izahatını belə almadan, işi icraata götürdüyü 25 iyun 2015-ci il tarixndə dərhal (vaxt itirmədən) ləğv etmiş olduğu 11.12.2013-cü il tarixli Qərarın təkrar üzünü köçürməklə və prokuror Yusif İldırımzadənin yanına qaçaraq gələrək, işi yekunlaşdırmış və Baş Prokurorluğun həmin iş üzrə icraatın təzələnməsilə bağlı 08 iyun tarixli təqdimatını qəsdən nəzərə almayaraq (!!!) ciddi qanun pozuntusu etmişdir. Və nəticə barədə zərərçəkmişə qəsdən yazılı məlumat verməmişdir. Yəni, maddi maraqları təmin edildiyinə görə Xətai rayon Polis İdarəsinin müstəntiqləri Baş Prokurorluğun araşdırmalarına, deməli, Baş prokuror cənab Zakir Qaralovun etibarına belə məhəl qoymamışlar”¦

-Bəs Xətai rayon prokuroru Yusif İldırımzadə niyə Baş Prokurorluğu eşitmək istəmir?
-Onu buna nə vadar etmişdir?
-«Bank Standart»dan ona xahişə kim gəlmişdir?
-Həmin şəxsin xahişi nədən ibarət olmuşdur?

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin