Bu gün səhər saatlaında Ağdaş rayonunda maraqlı hadisə baş verib.
Hadisə şahidləri “Qafqazinfo”x9dya bildirib ki, rayonun Vaqif küçəsində yaşayan qonşular arasında dava düşüb. Nəticədə dava tərəflərdən birində iştirak edən İlham Rzayevin qulağı kəsilib. O,Ə dərhal xəstəxanaya çatdırılıb. Lakin onun kəsilmiş qulağının tapılmadığı bildiilir.
Hadisəni törədən və davada iştirak edən bir neçə şəxs isə rayon polis şöbəsinə aparılıb.
Qeyd edək ki, hadisəni törədənlər içkili vəziyyətdə olublar.
































































































