Bakıda “ciyər axşamı”x9dnda qətl - FOTO

Hazırda oxunan: Bakıda “ciyər axşamı”x9dnda qətl - FOTO

113246

Toydan bir gün əvvəl təşkil olunan “ciyər axşamı”x9dnda düşən mübahisə bir nəfərin ölümünə səbəb olub.

Hadisə Saray qəsəbəsindəki Rövşən Nəbiyev küçəsi 23 ünvanında qeydə alınıb.

Belə ki, xeyirli işə hazırlaşan Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün “ciyər axşamı”x9d məclisi təşkil ediblər.

Məclisdə iştirak edən ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə mübahisə edib.

Mübahisə zəminində Arif Ağayev bıçaqla öz qohumunu vurmaq istəyərkən ev sahibinin qayını, 45 yaşlı Əlibaba Məmmədov onları ayırmağa çalışıb. Ancaq bu zaman bıçaq Əlibalanın sinəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Cinayəti törətməkdə şübhəli bilinən Arif Ağayevə gəlincə isə, o, Əlibala Məmmədovun öldüyünü görəndən sonra hadisə yerini tərk edib.

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları cinayəti törədən şəxsin yerinin müəyyən edilərək, tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.(musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin