“Xalq atası”x9d KQB agenti çıxdı...

Hazırda oxunan: “Xalq atası”x9d KQB agenti çıxdı...

113107
Məşhur Norveç siyasətçisi Eynar Gerxardsen SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (KQB) ilə əməkdaşlıq edib.
xa0
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Norveçin TV2 televiziyası yayıb.
xa0
Gerxardsenin DTK ilə əməkdaşlığını sübut edən sənəd “Mitroxin”x9d arxivlərində tapılıb. Bu sənədlərdə Gerxardsenlə bərabər 40 Norveç hərbçisi, siyasi və ictimai xadiminin adı olub.
xa0
DTK ilə əməkdaşlıq edən Gerxardsenin kod adı Yan olub.
xa0
Qeyd edək ki, Eynar Gerxardsen 1987-ci ildə vəfat edib. O, Norveçdə “xalq atası”x9d təxəllüsünü alıb. Gerxardsen 1945-1949 və 1955-1965-ci illərdə Norveçin baş naziri olub. Bundan öncə onun həyat yoldaşı DTK ilə əlaqədə günahlandırılsa da, təsdiqini tapmayıb.
xa0
Vasili Mitroxin isə SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşı olub. O, 1992-ci ildə Böyük Britaniyaya sığınıb.
xa0
Mitroxin özü ilə DTK-nın ən mühüm sənədlərini Londona apararaq, Britaniya kəşfiyyatına təhvil verib. O, 2004-cü ildə Londonda vəfat edib. 2014-cü ildə bu sənədlər ictimaiyyət üçün açıq elan edilib.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin