Bakirəliyini 14 min dollara satmaq istəyən bakılı qız Rusiyada zorlanıb...

Hazırda oxunan: Bakirəliyini 14 min dollara satmaq istəyən bakılı qız Rusiyada zorlanıb...

112796
Bakirəliyini 14 min dollara (1 milyon rubl) satmaq istəyən 20 yaşlı bakılı qız Rusiyada zorlanıb. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, 29 yaşlı Kristina Bakıdan Perm diyarının Berezinki şəhərinə bir məqsədlə - bakirəliyini 14 min dollara (1 milyon rubla) satmağa gedibmiş.xa0

O, Berezinkada “Gənclərin sosial təşəbbüsləri”x9d təşkilatının 29 yaşlı üzvü Mixaillə internet yazışması zamanı bu barədə razılıq əldə edib. Şəhərə gəldikdən sonra Kristina intim xidmət göstərməzdən öncə həmin ödəniləcək məbləği istəyib. Müxtəlif bəhanələrlə vaxtı uzadan gənc sonradan bakılı qızı döyərək yaşadığı mənzildə girov saxlayıb. Kristinanı qandallayan cinayətkar onun intim fotolarını çəkib, hər gün fiziki şiddət göstərib və dəfələrlə zorlayıb. Lakin cinayətkarın evdə olmadığı vaxt Kristina girov saxlanıldığı 3-cü mərtəbədən özünü ataraq xilas olub. Hazırda o, Bereznik şəhərindəki xəstəxanada müalicə alır.

Rusiyanın Perm diyarı üzrə İstintaq Komitəsi həmən gün cinayətkarı yaxalayaraq ona qarşı “zorlama”x9d və “qanunsuz azadlıqdan məhrumetmə”x9d maddələri ilə cinayət işi açıb.

Hazırda xəstəxanada olan Kristina bakirəliyini maddi çətinliklə bağlı satmaq istədiyini deyib. 20 yaşlı qızın sözlərinə görə, atası bir neçə il əvvəl, anası isə yaxınlarda vəfat etdiyindən maddi problemləri artıb.xa0
Hazırda istintaq davam etdiyi üçün Bakıya qayıda bilməyən bakılı qız Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliklərinə ümidini bağlayır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin