Dövlət Bayrağı Meydanının keçmiş rəisinin şikayəti təmin edilmədi

Hazırda oxunan: Dövlət Bayrağı Meydanının keçmiş rəisinin şikayəti təmin edilmədi

112024
Bakı Apelyasiya Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və daha iki nəfər - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovun apelyasiya şikayətləri üzrə iclas keçirilib.

Modern.az saytı xəbər verir ki, İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Rəşad Məmmədovun Səbail Rayon Məhkəməsi tərəfindən barəsində seçilən həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılmasından verdiyi apelyasiya şikayəti təmin edilməyib.
Rəşad Məmmədov bu il may ayının 12-də saxlanılıb və onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsində seçilən həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. O, hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin