Beynəlxalq Bankın ofisində əməliyyat - Generalın bacısı oğlu həbs olundu

Hazırda oxunan: Beynəlxalq Bankın ofisində əməliyyat - Generalın bacısı oğlu həbs olundu

111903
Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsində əməliyyat keçiriblər.

 “Qafqazinfo”x9d xəbər verir ki, xüsusi əməliyyat zamanı şöbənin rəhbəri Yaşar Səfərov həbs olunub. O, çirkli pulların yuyulmasında ittiham olunur. Rəsmi məlumatlarda bildirilir ki, ofisdəki axtarışın səbəbi pulların xaricə qanunsuz çıxarılması ilə bağlıdır.

Məlumatlara görə, Səfərovun həbsi Beynəlxalq Bankın sabiq rəisi Cahangir Hacıyevin törətdiyi cinayətlərin tərkib hissəsidir. O, Hacıyevin ən etibarlı kadrı olub, uzun müddət bankın Xaçmaz filialının müdiri olub "özünü doğruldandan" sonra isə Sankt-Peterburqa göndərilib.

Qeyd edək ki, Yaşar Səfərov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.

Beynəlxalq Bankın ofisində əməliyyat -  Generalın bacısı oğlu həbs olundu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin