“Neft Daşları”x9dnda 3 nəfərin itkin düşməsi ilə nəticələnən qəzaya görə cinayət işi başlanıb

Hazırda oxunan: “Neft Daşları”x9dnda 3 nəfərin itkin düşməsi ilə nəticələnən qəzaya görə cinayət işi başlanıb

110196
Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dekabrın 4-də “Neft Daşları”x9d NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
 
Qeyd edək ki, dekabrın 4-də “Neft Daşları”x9d NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar.
 
Dənizdə operativ axtarış işlərinə başlanılıb. İtkin düşənlər hələlik tapılmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin