Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”x9dnun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədlriyi ilə keçirilən prosesdə sonuncu şahid dindirilib.
Uzun müddətdir Moskvada yaşayan Orxan Abdıyev polis vasitəsilə məhkəməyə çağırılıb.
Şahid qismində dindirilən O.Abdıyev bildirib ki, bir neçə ay ərzində təqsirləndirilən Araz Eyvazovun şəxsi sürücüsü olub: “Mən sadəcə bilirdim ki, Araz Orxan Rəsulovla Tağı Nağıyevlə ayrı, Eldəniz Axundovla ayrı iş görürdü. Mən dəfələrlə görmüşəm ki, Araz Orxana və Eldənizə pul verib. Orxan da Araza pul verirdi. Amma mən nə qədər verildiyini bilmirəm. Çünki Arazı aparırdım, maşından düşüb ya kafedə otururdular, ya da Orxanın maşınında oturub söhbət edirdilər. Pulu mənim yanımda sayıb vermədikləri üçün məbləği bilmirəm. Sadəcə bilirəm ki, “paçka-paçka”x9d pullar idi, aparıb verirdi. Araz Türkiyədən gələn malları satıb pulu Orxan Rəsulova verib.
Bir dəfə də Araz Eyvazov “Range Rover”x9d almaq üçün Orxan Rəsulova beh kimi 20 min dollar verdi. Maşın isə 3 aydan sonra ölkəyə gələcəkdi. O vaxt da mən artıq işdən çıxmışdım. Maşının gəlib-gəlmədiyini bilmədim”x9d.
Hakim Azad Məcidov bildirib ki, Araz Eyvazov ifadəsində sürücüsü Orxan Abdıyev və Şövqi Cəfərovun yanına Eldəniz Axundova bir dəfə 120 min, bir dəfə isə 500 min dollar ümumilik də 620 min dollar pul verib.
Sürücü işləmiş Orxan Abdıyev deyib ki, Araz Eyvazovun Eldəniz Axundova pul verdiyini görüb ama məbləğin nə qədər olduğunu bilməyib.
Araz Eyvazov deyib ki, həmin pulları Eldəniz Axundova “salofan”x9dda verib.
Məhkəmə tərəfindən Dövlət Gömük Komitəsinə ünvanlanan müraciətə cavab verilib. Hakim məhkəməyə təqdim olunan sənədi elan edib. Cavab məktubunda qeyd edilib ki, Araz Eyvazov öz adına 2010-cu ildə 65 min dollarlıq, 2011-ci ildə 43 min dollarlıq mal, 2012-ci ildə isə 22830 kq yuyucu tozu gömrükdə rəsmiləşdirərəl idxal edib.
Hakim A.Məcidoc bildirib ki, təqsirləndirilən Araz Eyvazov şəxsən öz adına gömrükdəm mal idxal etməsi barədə məhkəmə istintaqı zamanı heç bir məlumat verməyib. A.Eyvazov 3 il ərzində həyata keçirdiyini faktiki olaraq bir neçə milyonluq dövriyyəsi olan biznes işlərinə görə cəmi 50 manat vergi ödəyib.
Dövlət ittihamçısı bildirib ki, bu məsələ ilə bağlı Vergilər Nazirliyinə sorğu göndərilməlidir.
Hakimlər kollegiyası cinayət işində şahid kimi adı çəkilən Vüsal Cəfərovun tapılaraq məhkəməyə gətirilməsi üçün daxili işlər naziri Ramil Usubova müraciət etmək barədə qərar qəbul edib.
Məhkəmə prosesində şahidlərin dindirilməsi başa çatıb. Məhkəmə noyabrın 30-da davam etdiriləcək.
Qeyd edək ki, Araz Eyvazov külli miqdarda dələduzluqda təqsirləndirilir. Prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumilikdə, Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir. Araz Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.



























































































