Oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə işdən qovulan MTN rəhbəri Eldar Mahmudovun quldur dəstəsinin əksər üzvlərinin cinayətkar əməllərinin ifşa olunmasından sonra hər gün Moderator.az - ın poçtuna onlarla şikayət və prezidentə minnətdarlıq məktubu gəlir. Biz yalnız həmin məktubların bir qismini saytda yerləşdirərək ictimailəşdiririk. İndi də daha bir məktubu oxuculara təqdim edirik:
"Hörmətli Redaksiya!
İlk öncə onu qeyd edim ki ölkə başçısı Cənab Prezidentin sabiq nazir və komandası haqqındakı fərmanı çox yerində və gözəl bir qərardır. Onu da qeyd etmək istəyirəm ki, MTN - nin bugünki durumu inşallah ki, ölkə vətəndaşlarının istəyi və düşüncələrinə, habelə xalqımızın iradəsinə uyğun olacaq.
Son günlərdə ölkə mediasının gündəmini zəbt etmiş çox aktual mövzulardan olan Milli Təhlükə mənbəyinə çevrilərək misligörünməmiş quldurluq törətmiş keçmiş komandanın üzvləri və rəhbəri haqqında yazılar cəmiyyətdə zəlzələ effekti yaratmaqdadır.
Baxmayaraq ki, ölkəmizin konstitusiyasından tutmuş qanunvericilik aktlarına qədər qeyd edilib ki, hüquq-mühafizə organlarında çalışanların kommersiya fəaliyyəti ilə məşğul olmaları qadağan edilir, amma bu paqonlu soyğunçuların qanunsuz sahibkarlıq vəı kommersiya fəaliyyətlərinin yazılanlardan çox olması da göz qabağındadır.
Məsələn, fakt olaraq Akif Çovdarovu istixanaları ilə gündəmə gətirirlər, lakin bu istixanalar onun saymaqla qurtarmayacaq biznesinin cüzi hissəsidir. O əslində nəhəng tikinti maqnatıdır. Mikrorayonlardakı tikililərin hamısı ona məxsusdur (3/4/7/8/) bu mikrorayonların əsas tikililəri hamısı onundur. 3-cü mikrorayon dairəsindəki poliklinikanın yanındakı 16 mərtəbə, 4-cü mikrorayondakı 7 - 8 mərtəbəli bina, 7 mikrorayondakı eyni həcmli tikinti, 9 - cu mikrorayondakı tikintisinə başlanılacaq ərazi, 8 - ci mikrorayondakı bir neçə tikili və digərləri. Mikrorayonlar Kralı olan bu şəxsin tikintidəki işləri araşdırılan zaman ifşa olunacaq qanunsuzluqlar sonsuzdur.
Bu gün qandallanan generalın ölkəmizdən kənarda - Rusiyada çoxlu biznesi, Taxta istehsalat zavodu, Dərman İstehsalı yerləri və daha nələri var...
Tikinti biznesinə nəzarət ən yaxın qohumlarındadır və onun ortaqlarının da bu səpkidə hədə - qorxularda iştirakı danılmazdır.
Anonimliyi qorumaq şərti ilə faktlar istəsəniz sizə daha şok yaradacaq məlumatları bu məlumatların yayımlanmasından sonra göndərə bilərik".



























































































