Bakıda qadını rüsvay etməklə hədələyən gənc tutuldu

Hazırda oxunan: Bakıda qadını rüsvay etməklə hədələyən gənc tutuldu

106127
O pul alarkən saxlanılıb.

Bakıda 54 yaşlı qadını rüsvay edəcəyi ilə şantaj edən 21 yaşlı gənc saxlanılıb.

Moderator.az Musavat.com istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Bakı şəhər sakini 21 yaşlı Eldəniz Kərimli bir neçə il öncə tanış olduğu 54 yaşlı M.Abdullayevanı (ad şərtidir) hədələyərək ondan pul tələb edib. 

E.Kərimli haqqında rüsvayedici məlumatlar yayacağı ilə şantaj edərək M.Abdullayevadan cari ilin iyul ayının 5-dən sentyabrın 15-dək 1000 manat və 1000 dollar alıb. 

Bir neçə gün öncə 21 yaşlı E.Kərimli M.Abdullayevadan təkrar 1000 manat tələb edib. 

Qadın şantaj olunması ilə bağlı Xəati Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə məlumat verib. 

Polis Eldəniz Kərimlini razılaşdırılan pulu M.Abdullayevadan alarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin