Qaz vurub qazan doldurmaq istəyənlər - Abşeronda

Hazırda oxunan: Qaz vurub qazan doldurmaq istəyənlər - Abşeronda

105876









Bakir Bayramov adlı oxucumuz Moderator.az - a Abşeron rayon Qaz İstismar Sahəsindən şikayət məktubu yollayıb.

Şikayətçi ya ödədiyi pulun geri qaytarılmasını,  ya da adıçəkilən idarədən gəlib qaz çəkmələrini tələb edir:

"Saray qəsəbəsində olan evimə qaz çəkdirmək istəyirdim. Buna görə də 30 Oktyabr tarixində Abşeron rayon Qaz İstismar Sahəsinə zəng etdim. Texniki şöbədən mənim nömrəmi alıb, "sizinlə əlaqə saxlayacağıq" dedilər. Üzərindən təxminən yarım saat keçdikdən sonra mənimlə bir nəfər əlaqə saxlayaraq qaz çəkdirmək üçün ilk öncə ödəniş etməyimi bildirdi. Və mən də 70 manat ödəniş etdim. Həmin şəxsin adı Kərimov Elvin Daşdəmir oğludur. Mən də düşündüm ki, hər halda nömrəmi Abşeron Qaz İstismar İdarəsindən bu şəxsə veriblərsə, yəqin ki, fırıldaqçı olmaz. Lakin məsələnin üzərindən 2 həftə keçməsinə baxmayaraq nə həmin şəxslə əlaqə saxlaya bilirəm, nə də ki, Abşeron Qaz İstismar İdarəsindən kimsə mənə yardım etmir. Bəlkə də bunlar əlbir olaraq fırıldaqçılıqla məşğuldurlar. İndi də adıçəkilən idarənin bağlandığı xəbəri yayılıb. Mən pulumu kimdən alacağımı, qazımı çəkdirmək üçün kimə müraciət edəcəyimi bilmirəm"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin