“AMAY Abdulla”x9d azadlığa can atır, amma...

Hazırda oxunan: “AMAY Abdulla”x9d azadlığa can atır, amma...

105856
Bu gün Bakı Apelyasiya Məhkəməsində “AMAY”x9d ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin və Elşən Novruzovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə virtualaz.org saytına A.Abdullayevin vəkili Osman Kazımov məlumat verib.

Hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə vəkillər çıxış edərək müdafiə etdikləri şəxslər barədə bəraət hökmünün çıxarılmasını istəyiblər.

“Abdulla Abdullayevin heç bir borcunun olmaması, kreditinin onun tərəfindən götürülməməsi, Sahibkarlığa Milli Kömək Fondunun, “Texnikabank”x9dın vəsaitinin tam ödənilməsi ilə bağlı qaldırdığımız vəsatətlərin heç biri təmin olunmadı”x9d - deyə O.Kazımov bildirdi.

Məhkəmə prosesi noyabrın 20-ə kimi təxirə salınıb.

Qeyd edək ki, Abdulla Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank”x9d ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank”x9d ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y”x9d MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.xa0

Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin