Kəbirə Məmmədovadan antikorrupsiya generalı Kamran Əliyevə şikayət...

Hazırda oxunan: Kəbirə Məmmədovadan antikorrupsiya generalı Kamran Əliyevə şikayət...

105772
Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi
cənab Kamran Əliyevə

Surəti: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: xa0Azərbaycan Respublikasının Baş Prokuroru xa0cənab Z.Qaralova

Şikayətçi: Bağırova Vüsalə Eldar qızının nümayəndəsi
xa0Məmmədov Qurban Calal oğlu tərəfindən
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., kor.,7, ev 12, mən.,7/8
Əlaqə tel.: (012) 567-46-04, (050) 200-66-10

Ə R İ Z Ə

Hörmətli rəis!

Nümayəndəsi olduğum V. Bağırova, xa001 may və 25 may 2012-ci il tarixli şikayət ərizələri ilə xa0“Binə”x9d bazarının sahibi Kəbirə Məmmədovanın korrupsiya əməlləri ilə bağlı Sizin idarəyə müraciət etsə də, bu günədək nəinki hec bir tədbir görülməyib, hətta vətəndaşa rəsmi qaydada cavab belə verilməyib.xa0
Ümid edirəm ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin xa0son vaxtlar korrupsiyaya qarşı başlatdığı mübarizəyə və bununla bağlı elan etdiyi xa0siyasi - hüquqi mövqeyə uyğun olaraq, bu ərizəmdə göstərdiyim faktlar barəsində qanuni tədbirlər görəcəksiniz.

Hörmətli rəis!

Nümayəndəsi olduğum V.Bağırova, “Heydər Əliyev adına Beynəlxalq Hava Limanı”x9d yaxınlığında olan, keçmiş “Binə”x9d bazarı 12 aprel 2007-ci ildə sökülərkən, onun əvəzinə Qaradağ rayon, Lökbatan qəsəbəsində yeni salınmış “Binə”x9d Ticarət Mərkəzindən mağaza almaq məqsədi ilə, Bakı şəhəri, Ağa Nemətulla küçəsində yerləşən 2 otaqlı mənzilini sataraq, “Arazavia”x9d firmasının rəhbəri Kəbirə Məmmədova ilə 17-4-17 və 17-4-19 nömrəli icarə müqavilələri bağlamışdır. Kəbirə Məmmədova ilə aralarındakı şifahi razılaşmaya görə, K.Məmmədova “Yeni Bazar”x9d ticarət kompleksində 6 ay ərzində hər birinin ümumi sahəsi 40 kv.metr olmaqla iki ədəd mağaza inşa edərək V. Bağırovanın mülkiyyətinə verməli idi.xa0
Bu məqsədlə, xa0V. Bağırova K.Məmmədovaya xa0mağazanın tikintisi üçün xa052000 manat, hər mağaza üçün əlavə olaraq “qapı”x9d pulu xa0və “açar”x9d pulu kimi 6000 manat (3000+3000), cəmi 58 000 (əlli səkkiz min) manat pul ödəmişdir. Lakin K. Məmmədova inşa edərək V. Bağırovanın xa0mülkiyyətinə verməli olduğu iki ədəd 40 kv.metr sahəsi olan mağazanı bu günədək ona təhvil verməmiş, ona ödənilən 58 000 manatı da geri qaytarmaqdan imtina etmişdir. V.Bağırovanın dəfələrlə müraciət etməsinə baxmayaraq, Kəbirə Məmmədova hər dəfə şəxsən və ya nümayəndələri vasitəsi ilə: “gələn həftə gələrsən, hazır olacaq, ya da pulunu xa0qaytararıq”x9d ”“ deyərək, onu aldatmış və buna dair aralarında mülki mübahisə yaranmışdır.
Qaradağ Rayon Məhkəməsində həmin mübahisəyə baxılarkən, V.Bağırova öz iddiasını “sübut edə bilməmişdir”x9d.xa0
Bunun da xa0səbəbi xa0K. Məmmədovanın, V. Bağırovadan və başqa minlərlə satıcılardan pul alarkən “iz qoymaması”x9d xa0və xa0Azərbaycan məhkəmələrinin bütün dünyaya bəlli olan vəziyyətidir. xa0Milyonlarla sərvəti olan K.Məmmədova V.Bağırovadan 58 000 manat alması faktını yerli-dibli danmışdır.
xa0İndi meydana çıxan faktlar, yəni MTN tərəfindən xa0mülkiyyətləri əllərindən alınmaq məqsədi ilə, qanunsuz xa0həbs edilən şəxslər haqqında çıxarılmış məhkəmə hökmləri V. Bağırovanın xa0“uduzmasının”x9d əsl səbəbinin sübutudur.
Bu gün də həmin bazarda çalışmaqda olan yüzlərlə satıcıdan o vaxt toplanan pullar rəsmiləşdirilməmiş, köhnə bazarın, yəni hava limanının yaxınlığında yerləşən bazarın sökülməsi ilə bağlı zor duruma salınan satıcılar, Kəbirə Məmmədovanın müəyyən etdiyi qaydalara xa0və şərtlərə tabe olmağa məhkum edilmişlər.
xa0Təbii ki, bu tip xa0cinayət xarakterli əməllərin mülki məhkəmə icraatı qaydasında araşdırılması mümkün deyil.
Nəzərinizə çatdırıram ki, eyni xarakterli əməllər, “Sədərək”x9d adlı ticarət mərkəzində də baş vermişdir. Hər iki bazarın sahibləri satıcılardan aldıqları pul vəsaitinin hesabına tikilən obyektləri onların mülkiyyətinə vermək əvəzinə, onların icarəsinə verərək, bütün satıcıları “yer pulu”x9d, “kassa pulu”x9d, ”x9dverği”x9d pulu, xa0“işıq”x9d pulu, “təmir”x9d pulu və s. adlar altında aylıq xəraca oturtmuşlar.
xa0Hər iki bazarın satıcıları faktiki və rəsmi olaraq mülkiyyətçi kimi yox, icarəçi-qul kimi çalışdırılır və qazanclarının çox hissəsi bazar sahibləri tərəfindən, bəzən də zor tətbiq edilməklə, əllərindən alınır. Belə faktlar barədə respublikamızın kütləvi informasiya vasitələrində dəfələrlə məlumatlar yayılıb.

Hörmətli rəis!

Son vaxtlar “MTN işi”x9d ilə bağlı aparılan istintaq nəticəsində mətbuatda yayılan məlumatlarda bildirildiyi kimi, MTN-nin bəzi əməkdaşları da, xa0bu bazarlarda çalışan, ailəsini öz namuslu, halal əməyi ilə dolandıran insanların əmlaklarını əllərindən almış, zor və hədə - qorxu ilə özlərini onlara şərik etmişlər.

Hörmətli rəis!

Dünyanın heç bir sivil, mədəni və hüquqi dövlətində belə bir fakt yoxdur ki, vətəndaşın pulu ilə inşa edilən obyektdə həmin vətəndaş icarəçi-qul kimi çalışdırılsın. 21-ci əsrdə qul əməyinin bu növü Azərbaycan korrupsionerlərinin “kəşfidir”x9d.
xa0Bu ərizədə qeyd etdiklərimi obyektiv araşdıraraq, xa0Vüsalə Bağırovanın 58000 manatının o vaxtkı məzənnə ilə Kəbirə Məmmədovadan geri qaytarılması, eləcə də, hər iki bazarda çalışan satıcıların mülkiyyət hüquqlarının bərpa edilməsi istiqamətində qanuni tədbirlər görməyinizi xahiş edirəm.
xa0Onu da diqqətinizə çatdırmağı özümə borc bilirəm ki, dövlət büdcəsində mövcud problemlərin aradan qaldırılmasında xa0hər iki bazarda çalışan satıcıların mülkiyyət hüquqlarının bərpasının və onların qanuni vergiyə cəlb edilməsinin, dövlət büdcəmizin gəlir hissəsinin artmasında, az da olsa, rolu olacaqdır.
Unutmayın: NİLYARDLAR QƏPİKLƏRDƏN FORMALAŞIR!!!

Qoşma: xa01-ci ünvana
1.21 dekabr 2011-ci il tarixli etibarnamənin surəti.
2.01may xa0və xa025 may 2012-ci il tarixli şikayət məktublarının surəti.
xa0
13 noyabr 2015-ci ilxa0


Redaksiyadan: Qarşı tərəfin də mövqeyini verməyə hazırıq, eləcə də “Binə”x9d və “Sədərək”x9d ticarət mərkəzlərinin satıcılarının mövqeyini də hörmətli Prezidentimiz cənab İlham Əliyevə və əlaqədar təşkilatlara catdırmağa hazırıq.
Bütün dünyanın gözü qarşısında davam etməkdə olan bu korrupsiya əməlinə və minlərlə insanın qul kimi işlədilərək istismar edilməsinə son qoymağın vaxtı çatmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin