İranda azərbaycanlı yazarlar həbs edilib - Siyahı

Hazırda oxunan: İranda azərbaycanlı yazarlar həbs edilib - Siyahı

105275
Dünən İranda azərbaycanlı yazar Elşən Böyükvənd parkda gəzərkən həbs edilib. Yaxınları ondan heç bir xəbər ala bilmirlər.

Moderator.az azadlıq.org-a istinadən xəbər verir ki, Böyükvəndin harada saxlanması haqda məlumat verilmir.

Ötən gün eyni zamanda İranın Muğan əyalətində Elşəndən başqa, bir neçə milli fəal da həbs edilib. Onların sayının 20-ə yaxın olduğu deyilir.

Kimliyi bəlli olanlar aşağıdakılardır:

Nadir Əzizi (şair)

Elşən Böyükvənd (şair)

Vəhid Nəriman

Atabek Sepehri

Əli Əhmədi

Arman Musəvi

Ramin Əzizpur

Şəhram Ruh.

Xatırladaq ki, Azərbaycanlı fəallar bir neçə gün əvvəl İran televiziyasında türklərin təhqir edilməsinə etiraz olaraq yürüşlər keçiriblər. Bununla bağlı olaraq son günlər İranda gərginlik artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin