“Lexus”x9dda güllələnən qardaşların anası: “Özümü öldürəcəm!”x9d

Hazırda oxunan: “Lexus”x9dda güllələnən qardaşların anası: “Özümü öldürəcəm!”x9d

103966
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Cahid və Cavid Rəhimov qardaşlarını qətlə yetirməkdə ittiham olunan 1988-ci il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Mayıl Bayramov sədrlik edib.

Prosesdə zərərçəkmiş Niyar Rəhimovaya ifadə vermək təklif olundu. N.Rəhimova özünü yaxşı hiss etmədiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, əlavə sözünün olmadığını bildirdi.

Qətlə yetirilən Rəhimov qardaşlarının atası Abdulla Rəhimov məhkəməyə verdiyi ifadəsində hadisədən 4 ay əvvəl Zaur Tərlanov tərəfindən oğlu Cavidin möhkəm döyüldüyünü göstərdi: “Təqsirləndirilən şəxsi tanımıram. Birinci dəfə Zaur Cavidlə dalaşanda gecə zəng vurub mənə xəbər verdilər. Dedilər ki, Cavidi kimsə maşına qoyub apardı. Zəng vurub əlaqə saxlamağa çalışdım.

Bir saatdan sonra Cavid özü gəlib çıxdı, möhkəm döyülmüşdü, bədənində, başında küt alətlə yetirilmiş çoxsaylı xəsarətlər var idi. Oğlumdan kiminlə dalaşdığını soruşdum, amma demədi. Polisə verəcəyimi deyəndə  Cavid “ata, qəsəbə uşağıdır, xahiş edirəm, polisə getmə”x9d dedi. 4 ay sonra isə bu hadisə baş verdi”x9d.

Vəkil Ceyhun Yusifovun suallarını cavablandıran A.Rəhimov Cavidin döyülmə nəticəsində 20 gün yataqdan qalxmadığını dedi: “Zaur tək olmayıb, 5-6 adamla birlikdə birləşib Cavidi döyüblər. Oğlum həkim çağırmağa da qoymadı. Çünki həkim çağırsaydıq, polisə xəbər veriləcəkdi. Ona görə də Günəşlidən olan bir nəfər tanış həkimin vasitəsilə Cavidi müalicə etdirdik”x9d.

Təqsirləndirilən şəxsin vəkili Mehman Əliyev şahiddən qətl hadisəsi barədə nə vaxt və kimdən xəbər tutduqlarını soruşdu.

A.Rəhimov:

-Dəqiq xatırlamıram, zəng vurub dedilər ki, maşınınız zavodun yolundadır. Getdik, bizi buraxmadılar, hadisədən gec xəbər tutmuşduq.

Vəkil M.Əliyev:

-Sizin Sabir adlı qohumunuz varmı?

-Yox.

Vəkil:

-O, sizdən əvvəl həyat yoldaşınızla birgə hadisə yerinə gəlib.

Zərərçəkmiş N.Rəhimova:

-Yalandır. Mən çəkdiyim dərddən çəkəsən. Bizi yaradan o bir Allaha and olsun ki, mən həyat yoldaşımla eyni vaxtda hadisə yerinə getmişəm...

Bununla bağlı tərəflər arasında mübahisə yarandı. Vəkil təhlükəsizliyinin təmin olunması ilə bağlı məhkəməyə müraciət etdi. Tərərflər sakitləşdirildikdən sonra məhkəmə prosesi davam etdirildi.

Təqsirləndirilən şəxsin anası Tahirə Tərlanova məhkəmədə dindirilərkən zərərçəkmişlər tərəfindən təzyiqlərə məruz qaldıqlarını bildirdi: “45 ildir Sahil qəsəbəsində yaşayıram. Mən tərbiyəli övlad böyütmüşəm. Oğlum ali məktəbi bitirib, hərbi xidmətini çəkib, 9 il dövlət işində çalışıb. Zərərçəkmiş şəxsləri tanımasam da barələrində çox şeylər eşitmişdim. Zərərçəkmişlər tərəfindən təzyiqlərə məruz qalmışam. Yaşadığım mənzilin qabağından keçərkən üstümə maşın sürülüb”x9d.

(Hakim şahidə bununla bağlı Qaradağ Rayon Polis İdarəsinə müraciət etməyi məsləhət gördü-red.).

Şahid zərərçəkmişin nümayəndəsi, vəkil Ceyhun Yusifovun suallarını cavablandırdı.

Ceyhun Yusifov

Vəkil C.Yusifov:

-Sizin həyatınıza real təhlükə olubmu?

Şahid:

-Bəli. Özümə, qızlarıma qarşı təzyiqlər olub. Ötən ilin noyabr ayında üstümə maşın sürdülər. Aramızda namusla bağlı münaqişə olub.

Vəkil:

-Oğlunuz kiminlə rəsmi nikah bağlayıb?

Şahid:

-İlahə adlı qızla ailə qurmuşdu. Əvvəllər aralarında söz-söhbət olmuşdu, sonra barışdılar. Münasibətləri yaxşıdır. Oğlumun Xanım adlı qadınla da münasibəti var idi.

Daha sonra şahid qismində təqsirləndirilən şəxsin atası Ənvər Tərlanov dindirildi.

Şahid sərbəst ifadəsində mətbuat nümayəndələri qeyri-obyektiv olmaqda günahlandırdıqdan sonra özü barədə qıısa məlumat verdi: “Mənim övladlarımın 4-ü də ali təhsillidir. Zaur universiteti fərqlənmə ilə bitirib. Mən özüm uzun illər neft şirkətində işləmişəm. Bunları deməkdə məqsədim odur ki, bizim ailəni yaxından tanısınlar. Zaur 2006-cı ildə ailə qurub. Bankda işləyirdi. 2010-cu ildə həyat yoldaşı ilə aralarında bəzi narazılıqlar var idi. Eşitmişdim ki, özü ilə işləyən Xanım adlı bir qızla münasibəti var. Əvvəl razı olmadım, sonra razılaşdım, ev də verdim onlara. Zaurun iki ailəsi olub. Ağsuda olanda mənə dedi ki, Cavid Xanıma SMS yazıb, zorla evə girib. Buna görə də Cavidlə savaşıb. Danışdıqca bədəni əsirdi. Dedim ay bala, sizi min əziyyətlə böyütmüşəm. Mən belə şey görməmişəm. Mənə və ailəmə qarşı təzyiqlər olub.

Hadisə baş verən gün Zaur mənə dedi ki, ata, Anar çağırıb, çayxanaya gedirəm. Bir qədər sonra Anar zəng vurdu ki, Ənvər əmi, gəl bura, sənə sözüm var. Hiss elədim ki, nəsə olub”x9d.

Vəkil C.Yusifov:

-Sizin oğlunuz nə etmişdi ki, qaçıb Ağsuda gizlənirdi?

Şahid:

-Ona demişdilər ki, səni tapıb öldürəcəyik.

Vəkil:

-Öldürən elə Qızıldaşda da öldürərdi.

Şahid:

-Mənim oğlum da istəsəydi, çayxananın qabağında öldürərdi.

Vəkil:

-Siz Cahid Rəhimovu həyatda görmüsünüzmü?

Şahid:

-Bəlkə də görmüşəm, bilmirəm.

Vəkil:

-İstintaq zamanı demisiniz ki, Cahid sizin üstünüzə maşın sürüb. Əgər tanımırdınızsa, həmin şəxsin Cahid olduğunu haradan bilirdiniz?

Şahid:

-Maşının nömrəsindən. Həm də aralarında mübahisələri var idi.

Vəkil Mehman Əliyev:

-Siz Xanımı öz gəlininiz kimi qəbul etmisinizmi?

Şahid:

-Halallıq vermişəm. Oğlumun ikinci ailəsi olub. O gəlin mənim namusum sayılır, bizim namusumuza toxunulub.

Daha sonra təqsirləndirilən şəxsin vəkil Mehman Əliyev məhkəmə zalında əyləşən Anar adlı şəxs və Niyar Rəhimova tərəfindən ötən məhkəmə iclasından sonra da təhqir olunduğunu, bu gün bir daha belə bir halın baş verdiyini məhkəmənin diqqətinə çatdırdı: “Keçən dəfə də təhqir olunduq. Zərərçəkmiş Niyar Rəhimova təqsirləndirilən şəxs barədə dedi ki, onu güllələyəcək. Biz məhkəməyə gedib-gəlirik. Xahiş edirəm bununla bağlı müvafiq qərar qəbul edəsiniz”x9d.

Bayaqdan bəri təmkinli olmağa çalışan zərərçəkmiş Niyar Rəhimova artıq özünü saxlaya bilmədi: “Biz adam öldürən deyilik! Mənə deyəndə ki səni tikə-tikə doğradaram, nə cavab verməli idim?! 10 aydır mənə qara yaxırsınız. Balalarımı torpağın altında rahat yatmağa da qoymursunuz”x9d.

İsterik vəziyyətə düşən N.Rəhimova “Allah bəlanızı versin! Mənim ürəyimə dağ çəkdiniz! Mənim balalarımı güllələyib. Əgər ədalət olmazsa, mən də onu gülləyəcəm! Özümü öldürüb qanımı bura tökəcəm!”x9d deyərək huşunu itirdi.

Zərərçəkmiş yaxınlarının köməkliyi ilə də sakitləşdirmək mümkün olmadı. Bu səbəbdən də məhkəmə prosesi noyabrın 16-a kimi təxirə salındı.

Qeyd edək ki, hadisə bu il yanvarın 8-də baş vermişdi. Zaur Tərlanov Qaradağ rayonu, Sahil qəsəbəsində 1985-ci il təvəllüdlü Cahid və 1980-cı il təvəllüdlü Cavid Rəhimovları sonunculara məxsus “Lexus”x9d avtomobilində odlu silahla qətlə yetirmişdi.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester”x9d markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus”x9d markalı avtomobilin içində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb, hadisə yerindən qaçıb.

Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib.

Qaradağ Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

Z.Tərlanov bank işçisi olub. Qətlə yetirilən qardaşlar isə Dərin Özüllər Zavodunda işləyiblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin