Türkiyəyə ərə gedən azərbaycanlı qadın dəhşət yaşadı... - FOTOLAR

Hazırda oxunan: Türkiyəyə ərə gedən azərbaycanlı qadın dəhşət yaşadı... - FOTOLAR

103413
Türkiyədə ailə quran azərbaycanlı qadın əri tərəfidnən vəhşicəsinə döyüldü. ANS PRESS-in məlumatına görə, 29 yaşlı Elmira adlı qadın Türkiyə vətəndaşı olan həyat yoldaşı ilə 9 il öncə universitetdə tanış olub. Bir-birini sevən gənclər ailə qurmaq qərarına gəliblər. 

Ailə Siirtdə yaşamağa başlayıb. Bu illər ərzində onların iki uşağı olub. Ana olduqdan sonra qadın əri tərəfindən şiddət görməyə başlayıb. Özəl məktəblərdən birində riyaziyyat müəllimi olan kişi müntəzəm olaraq azərbaycanlı qadını vəhşicəsinə döyüb. Buna dözməyən qadın ərindən ayrılıb və Antalyada yaşamağa başlayıb. 

Burada sakit həyata başladığını düşünən qadının bu arzusu ərinin gizlin evinə girməsi ilə kabusa dönüb. 

"Evli olanda üzümdəki qaralmalar görünməsin deyə məktəbə belə ağır makiyajla gedirdim. Çox çətin günlər keçirdim. Məni ona xəyanətdə ittiham edib. Amma əsla belə bir iş olmayıb. Atam həyatda olsaydı mən bu günə düşməzdim". 


Qadın onu hər gün vəhşicəsinə döyən ərindən qurtulmaq üçün uşaqlarından da vaz keçdiyini deyib. "Bir ana üçün bunun nə qədər çətin olduğunu deyə izah etmək olmaz. Döyəndə deyir ki, "mənə bir şey olmaz. Ən uzağı xəbərdarlıq edilər və ya 2-3 min lira cəza verilər". Bayramda uşaqlarımı görməyə gedəndə də şiddətə məruz qaldım. Mənə "özünü neçəyə satırsan" deyir, əxlaqsız qadın kimi münasibət göstərdi". 

Qadının ən çətin günlərindən biri də ötən həftə yaşanıb. Evinə gizli girən keçmiş əri tərəfindən vəhşicəsinə döyülən, əlləri və ayaqları bağlanan qadın anasına göndərdiyi bir mesaj sayəsində ölümdən qayıdıb. 

Ölümlə təhdid edilən qadının qolu qırılıb, bədəni döyülməkdən qaralıb. İndi Elmira qorxudan evin qapısını dəfələrlə kilidlədiyini və bıçağı yanından ayırmadığını deyib.

O, polisə müraciət etsədə tədbir görülmədiyindən narahatdır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin