Azərbaycanlı bir yumruqla adam öldürdü

Hazırda oxunan: Azərbaycanlı bir yumruqla adam öldürdü

103095
Rusiyanın Kostroma vilayətində azərbaycanlı 29 yaşlı yerli sakini öldürüb.

Buna səbəb onların arasında alış-veriş etdikləri mağazada düşən mübahisə olub.

Azərbaycanlı ona qarşı edilən təhqirlərə dözməyib və küçəyə çıxıb. Amma onun hirsi soyumayıb və mağazanın bir neçə addımlığında mübahisə etdiyi şəxsi gözləyib. Həmin adam mağazadan çıxanda azərbaycanlı ona bir yumruq vurub. Huşunu itirən şəxsin arxasınca təcili yardım çağırılıb, lakin xəsarət alan maşında keçinib.

Məlum olub ki, təhqir olunan azərbaycanlı əvvəllər desant bölüyündə xidmət edib. O evlidir və bir neçə övlad sahibidir. Qətlə yetirilən şəxsin onu milli zəmində təhqir etdiyi müəyyənləşib.

Azərbaycanlı yerli məhkəmənin qərarı ilə həbs edilib(APA TV).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin