Kəşfiyyatçı Ramiz Əliyev: “Bunlar mütəşəkkil qrupdurlar, onları cəzasız buraxmaq xalqı, sahibkarları təhlükədə qoymaqdır”x9dxa0
Eldar Mahmudov nazir vəzifəsindən azad ediləndən sonra Milli Təhlükəsizlik Nazirliyində son 11 ildə baş verən şərləmələr, sahibkarlara qarşı qanunsuz ittihamların irəli sürülməsi, iş adamlarından ən müxtəlif adlarla xərac toplanması, ölkəyə gətirilən qızıl-zinət əşyalarına görə bac alınması, taxta-şalbana görə faizlər yığılması və daha nələr haqda məlumatlar yayılmaqdadır.
“Yeni Müsavat”x9da MTN-dəki qanunsuzluqlarla üz-üzə qalmış iş adamlarından, sahibkarlardan, qızıl-zinət əşyaları alveri edən şəxslərdən onlarla müraciətlər var.xa0
Redaksiyamıza müraciət edənlərdən biri də Kəlbəcər köçkünü, hazırda Gəncədə məskunlaşmış Ramiz Əliyevdir. R.Əliyev deyir ki, o da, digər sahibkarlar kimi, bu qurumdakı “pulçəkən maşın”x9ddan keçənlərdəndir.xa0
Ermənilərin torpaqlarımıza təcavüzü zamanı mərdliklə döyüşən, kəşfiyyatçı kimi ermənilərə qan udduran, bu gün də bədənində 48 qəlpə, 2 güllə yarası gəzdirən, barmaqlarını itirmiş R.Əliyevi dinlədikcə millətin təhlükəsizliyi tapşırılan qurumda hökm sürən qanunsuzluq mühiti haqda müfəssəl təsəvvür yaranır.xa0
O deyir: “Məni 2014-cü il oktyabrın 31-də ”x9dSınıq körpü"dən Azərbaycana keçəndən dərhal sonra tutdular. Olduğum taksinin qabağını bir maşın kəsdi, arxada da biri saxladı. Maşınlardan düşənlər dedilər ki, MTN-dəndirlər. Taksi sürücüsü Əli Əliyevi və məni MTN-in Qazax şöbəsinə, oradan da Bakıya, nazirliyin özünə gətirdilər. Mənə dedilər ki, səni güdmüşük, üzərində 398 qram qızıl var. Başqa nəsə olub-olmadığını soruşdum. Dedilər ki, səndə olan ancaq qızıldır. Dedim ki, qızıldırsa, bu nə əməliyyatdır? Gömrükçülər məni tutub bəyan etmədən qızıl keçirdiyimə görə cərimələyərdilər, məsələ həll olardı. Məgər üzərimdə atom bombası var ki, mənə qarşı belə bir əməliyyat keçirirsiz?"xa0
Onun sözlərinə görə, 6 ay davam edən istintaq zamanı gördüklərindən dəhşətə gəlib: “Dövlət mənə 45 manat təqaüd verir. Həmin pulla mən xəstə övladımı, 2-ci qrup əlil yoldaşımı, xəstə anamı və 2 uşağımı saxlaya bilmərəm. Ona görə də qızıl alverçisinə çevrilmişəm. Bunu məni tutan MTN-çilərə də dedim. Dedilər ki, sənin kim olduğunu səndən yaxşı bilirik. Mənim Qarabağ veteranı olduğumu, kəşfiyyatçı olmağımla bağlı məlumatları, döyüş yolum haqda danışdılar. Üstəlik, dedilər ki, sən 1992-ci il mayın 8-də Kəlbəcərdə ermənilərin AN-24 təyyarəsini vurmusan, təyyarədə olan erməni dövlət xadimləri ölüblər. Buna görə də Ermənistanda rəsmi matəm xa0elan olunub. Təyyarəni vurduğuma görə mənə o dövrdə Kəlbəcərin icra başçısı İlham Həsənov 10 min rubl mükafat da vermişdi.xa0
Amma həmin təyyarədə ermənilərin dövlət xadimlərinin olduğunu, bu hadisəyə görə Ermənistanda matəm elan olunduğunu mənə MTN-də dedilər. xa0İşi MTN-in İstintaq İdarəsinin müstəntiq qrupunun rəhbəri Yasin Məmmədov aparırdı. Ona dedim ki, bunları bilirsənsə, heç olmasa məni zaminə buraxın. Əli ilə 1 işarəsi göstərdi. Soruşdum, dedi ki, 100 min gətir, səni zaminə buraxaq. Erməni təyyarəsini vurduğuma görə bu məbləği istədiyini xəbər aldım. Cavab verdi ki, Azərbaycan təyyarəsini vursaydın, 300-400 min alardıq. Əsəblərim dözmədi, qışqırdım, qollarımı tutdular. Yasin Məmmədov kresloya yayxanıb dedi ki, get yat, ağlın başına gələr”x9d.xa0
Ramiz Əliyevin sözlərinə görə, tutulana qədər Tiflisə tez-tez gedib: “Oradan yoldaşıma, ağır xəstə olan oğluma dərmanlar alıb gətirirdim. Sonuncu səfərim də bununla bağlı idi. Oradan qızıl alacağımızı heç kimə deməmişdim. Gəncədə bir taksi sürücüsü ilə Tiflisə gedib qayıtmağa görə 100 dollara qiymətləşmişdik. Tiflisdə onu bazarın yanında qoyub gedib dərman almışam, oradan da gedib qızıl alıb gəlib maşına oturmuşam. Məni tutandan sonra bildim ki, MTN-çilər məni güdüblər. Sanki qatı cinayətkaram. Taksi sürücüsü Əli Əliyevi də mənimlə əlbir olmaqda suçladılar. Dedilər ki, guya biz dəstə üzvləriyik. Bunu ona görə edirdilər ki, guya böyük bir qaçaqmalçı dəstəni tutublar, bizdən pul qoparsınlar. Mənə həbsdə olduğum 6 ayın 3 ayını ailəmlə danışmağa imkan vermədilər. Taksi sürücüsü isə 6 ay uşaqları ilə danışa bilmədi. Mənə ailəm vəkil tutmuşdu. Vəkil MTN-ə gəldi, amma Yasin Məmmədov ona cinayət işi ilə tanış olmağa imkan vermədi. Özlərinin təyin etdiyi ”x9dpaykovı" vəkilin ümidinə qaldım. 6 ay ərzində məni MTN-in İstintaq Təcridxanasında 17-ci kamerada Suriyadan gəlmiş İŞİD-çı Maarif Mərdanovla bir yerdə saxladılar. Bilirdilər ki, mən öz torpaqlarımız uğrunda döyüşmüşəm. Mən şiəyəm, o isə radikal vəhhabi. O, Suriyada şiələrin başını kəsib, güllə atıb. 10 dəfə Təhsin Ağayevə, Baş İstintaq İdarəsinin rəisi general Mövlam Şıxəliyevə də ərizə yazmışdım ki, məni qəbul edin. Qəbul etmədilər. Mən məhkəmədə olanda bildim ki, iş üzrə 31 nəfər dindirilib. xa0Amma mənimlə nə onları, nə də Əlini üzləşdirməyiblər. Əli ilə mənim üzləşməm keçirilməyib. Cinayət işi 4 cilddən ibarət idi, 1275 səhifədir. Üstəlik, əlavə sənədlər də var. Qızıl alveri etdiyim 21 nəfəri MTN-ə aparıblar. Bu şəxslərin evlərində, iş yerlərində axtarışlar olub.xa0
Bakıda Mərkəzi Univermaqda qızıl alveri edənlər - Elçin Əhmədov, xa0Ağasalam Ağamalıyev, Moskva Univermağından - Məhəmməd Hüseynov, Azad Rəşidov, Məzahir Manafov, Teymur Ağalarov, xa0Məhərrəm Məmmədov, Gəncə şəhərində Eldar Əliyev, Samir Hüseynov, Şahmalı Məmmədov, xa0Fizuli, Gülnarə, Şəkidən Əli və 2 taksi sürücüsü - Aqil və Hafiz. Əlavə 3 nəfər var ki, bu adamları ümumiyyətlə tanımıram - Vüqar Həsənov, Əliməmməd Məmmədov və Ayaz Vəliyev.
Gəncə Mərkəzi Univermağında “Zaminbank”x9dın şöbəsində valyutadəyişmə məntəqəsində işləyən Vüqarı da saxlayıblar. Mənə salam vermiş qızıl alverçilərinin başına zülm-zillət gətiriblər. Bu adamlardan 200 min manatdan çox pul yığıblar. Mən azad olunandan sonra bu adamlar mənimlə düşmən münasibəti saxlayırlar. Deyirlər ki, sənə görə bizim dərimizi soyublar, bizi böyük ziyana salmısan. Mən “etdiyim”x9d əmələ görə cəzamı çəkməyə hazır idim. Amma bunlar məni camaatla düşmən ediblər. Üstəlik, iş üzrə dindirilən adamlar bu günün özündə də qorxurlar. Bu şəxslərin başına oyun açıldığını, onların milyonlarla manat dəyəri olan qızıl-brilyantlarının MTN-ə aparılmasını, adamların orada incidilməsini 6 ay sonra bilmişəm. O adamlarla məni üzləşdirməyiblər. Mən qızılı ehtiyac üzündən Tiflisdən gətirmişəm. Bunu gizlin etmişəm. Heç kimə deməmişəm. Kimə deməliydim ki, Gürcüstanda ucuz mal var? Elə həmin adamlar da gedib qızılı oradan alardılar da. Təsəvvür edin ki, xa0mənim bədənim qəlpə içindədir. Kəlbəcər, Ağdərə, Laçında döyüşmüşəm.xa0
Mən 1992-ci il mayın 8-də Ağdərənin Narınclar kəndində “İqla”x9d raketindən Ermənistanın “AN-24" təyyarəsini vurmuşam. Bundan bir neçə gün sonra 2-ci erməni təyyarəsini vurmuşam. 4 tank da vurmuşam. Kəlbəcərin polis rəisi və komendantı Nizami Məmmədov məni yaxşı tanıyır. Bilir ki, mən hansı əməliyyatları həyata keçirmişəm. Kəlbəcərdən qızıl mədənindən Ermənistana gedən dəmir yolunu şəxsən partlatmışam. Erməni qızılı daşıyıb satırdı, əvəzinə silah alıb üstümüzə hücuma keçirdi. Ağdaban hadisəsində düşmənin arxasında olmuşam, orada diversiya törətmişəm.xa0
MTN-in həkimləri bədənimdə 48 qəlpə, 2 güllə yarası sayıb işə əlavə elədilər. Psixoloji durumumu isə 4 ay sonra yoxladılar. İstəyirdilər ki, İŞİD-çini orada öldürüm? xa06 ay guya istintaq apardılar, işi məhkəməyə göndərdilər. Qardaşım Zahid Əliyevdən işimi yüngülləşdirməkdən ötrü Yasin Məmmədov 2 qızıl onluq və 13 min dollar almışdı. Lakin işi məhkəməyə ağır maddə ilə göndərmişdilər. Qardaşıma 10 min manat qaytarıblar. İttiham aktında Yasin Məmmədov şəxsiyyətimi xarakterizə edən məlumatlarda yazır ki, Qarabağ veteranıdır, yoldaşı 2-ci qrup əlildir, himayəsində ağır xəstə olan azyaşlı övladı var, anam himayəmdədir, ağır xəstədir, məcburi köçkünəm, Gəncədə məskunlaşmışam və altdan da yazır ki, yüngülləşdirici hal qeydə alınmadı. İşi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Orada məhkəməni yarımqapalı keçirdilər. 3 ay məhkəmədən sonra məni və heç bir günahı olmayan Əli Əliyevi 5 il şərti cəzaya məhkum etdilər”x9d.xa0
R.Əliyev ölkə prezidentinə, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyevə müraciət ünvanlayıb: “Mənim yoldaşım və ağır xəstə olan övladım həbs olunana qədər Tiflisdə müalicə olunurdular. Bu gün xa0ölkədən çıxışıma qadağa qoyublar. Həmin qadağanın götürülməsinə göstəriş verin. Ailəmin durumu bərbaddır. Əli Əliyev günahsızdır, ona vurulan mənəvi və maddi ziyanı ödəsinlər. Məni düşmən etdikləri şəxslərdən aldıqları pulları qaytarsınlar. Məndən ermənilərin qisasını alan istintaqçılardan bunun səbəbini də soruşsunlar. Mən onların hansı qohumunu öldürmüşəm ki, belə qisas alırdılar? Prezidentimizə arxayınam, Yasin Məmmədov kimilər Azərbaycan xalqına, sahibkarlara qənim kəsiliblər. Bunlar mütəşəkkil qrupdurlar, onları cəzasız buraxmaq xalqı, sahibkarları təhlükədə qoymaqdır”x9d. xa0


























































































