Bakıda tanınmış ekstrasens tutuldu... - FOTOLAR

Hazırda oxunan: Bakıda tanınmış ekstrasens tutuldu... - FOTOLAR

102974

Moderator.azxa0Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin noyabr ayında Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui-istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, T.Salamova kanallardan birində yayımlanan yarışmanın qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb.

Ekstrasensin saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu”x9d iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin