Daxili İşlər Nazilriyi Bakıda tutulan radikal dindarlarla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindənxa0Moderator.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yasamal rayonxa0Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyinin Rayon İdarəsi və Polis İdarəsinin əməkdaşları oktyabrın 22-də saat 21 radələrində Yavər Fərzəliyevə məxsus “Farklı Lahmacun”x9d çay evində əməliyyat tədbiri keçiriblər.xa0
Nəticədə çay evinin zirzəmisində qanunvericiliklə müəyyən edilməmiş qaydada təşkil olunan dini yığıncaqda iştirak edən, aralarında azyaşlılar da olmaqla 42 nəfər saxlanılıb. xa0
Həmin ünvana baxış zamanı dini nifrət aşılayan və dözümsüzlüyü təbliğ edən müxtəlif məzmunlu kitablar və digər növ ədəbiyyat aşkar edilərək götürülüb.xa0
Qanunsuz yığıncağın təşkilatçıları - Zaqatala rayon sakinləri Kamran Mustafayev, Adil Rəcəbov və Bakı şəhər sakini Zaur Şabanov şübhəli şəxs qismində saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını qəsb etmə) maddəsi ilə cinayət işi başlanılıb.xa0
Digər iştirakçılar haqqında isə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.
***
Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.
Moderator.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Farklı Lahmacun”x9d kafesində həyata keçirilən əməliyyat zamanı “vəhhabi”x9d təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb.xa0
Saxlanılanların arasında “Əbu Bəkr”x9d məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.
***
Dünən axşam, Bakının Yasamal rayonunda aparılan operativ-əməliyyat tədbirləri nəticəsində xüsusi xidmətin əməkdaşları islam radikalları ilə əlaqədə şübhəli bilinən 42 nəfəri saxlayıblar. xa0
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsindən bildiriblər.
Məlumdur ki, xüsusi xidmət əməkdaşları M.Seyidov 13 ünvanında yerləşən və Fərzəliyev soyadlı şəxsə malik “Farklı Lahmacun”x9d adlı çay evinə daxil olublar. xa0
Bu zaman müəssisədə 40-dan çox adam olub, onlar dini xarakterli tədbir keçiriblər. Toplaşanlar arasında iki yetkinlik yaşına çatmayan şəxs də olub. Bütün saxlanılanları Yasamal Rayon Polis İdarəsinə gətiriblər. Hadisə yerindən tapılmış dini ədəbiyyat da götürülüb.
Xəbər verildiyi kimi, saxlanılan şəxslərin bəzilərinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168.2-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə, bu işə yetkinlik yaşına çatmayanları cəlb etmə) maddəsi üzrə iş açılıb. xa0
Cinayət məsuliyyətinə cəlb edilənlərdən hələlik üçünün adı məlumdur, bu, Zaqatala rayon sakinləri Rəcəbov Adil Məmməd oğlu, Kamran Eldar oğlu və Bakı sakini Şabanov Zaur Əhəd oğludur.
Hal-hazırda istintaq orqanları saxlanılan şəxslərin Azərbaycandan kənarda fəaliyyət göstərən qanunsuz silahlı qruplaşmalara aidiyyatını yoxlayırlar. Başqa sözlərlə, saxlanılan şəxslərin Suriya və İraq ərazisində hərbi əməliyyatlarda iştirak edən radikallara aidiyyatı olması ehtimalı var.






























































































