Ağcabədidə itən valyuta dəyişənin meyiti tapıldı - FOTOLAR

Hazırda oxunan: Ağcabədidə itən valyuta dəyişənin meyiti tapıldı - FOTOLAR

102144
Bu il oktyabrın 17-də itkin düşən Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.

Moderator.az xəbər verir ki, meyitxa0Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb. Meyidin üzərində zorakılıq əlamətləri aşkar edilib. Belə ki, onunxa0beş barmaq ilə boyun nahiyyəsindən vurularaq kanala atıldığı meyidi tapan şəxslər tərəfindən aşkar edilmişdir. Hadisə şahidlərinin sözlərinə görə, o suya atılan zaman sağ olduğu ehtimal olunur.xa0

Ağcəbədi Rayon Polis Şöbəsinin istintaq qrupu hadisənin baş vermə səbəblərini öyrənir. Qeyd edək ki, rayon ərazisdən daha 2 nəfərin yoxa çıxdığı barədə Polis Şöbəsinə son zamanlar məlumat daxil olub. Onlar ayrı-ayrı vaxtlarda itkin düşüb.

Maraqlıdır ki, analoji hadisə Ağcəbədi rayonu ilə yanaşı, Bərdə Mingəçevir və Beyləqan rayonlarında da baş verib. Bu isə hadisələrin mütəşəkkil qrup tərəfindən törədildiyi ehtimalını yüksəldir.


Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı”x9d adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin