MTN-in “Moskva”x9d univermağında “10-luq”x9d qızıl əməliyyatının qurbanları...

Hazırda oxunan: MTN-in “Moskva”x9d univermağında “10-luq”x9d qızıl əməliyyatının qurbanları...

101850
MTN ətrafında yaşananlar ölkə mediasının bir nömrəli mövzusuna çevrilməkdə davam edir. Müvafiq strukturların baş verənlərlə bağlı susqunluq nümayiş etdirməsi, yaxud tapmacavari xəsislilklə informasiyalar verməklə cəmiyyətdə şayiələrin daha da əl - qol açmasına rəvac verməsi vəziyyəti daha da mürəkkəbləşdirib.

Eyni zamanda baş verənlər bu gündək susmağa üstünlük verən, daha doğrusu, MTN əməkdaşları tərəfindən başına müsibətlər gətirilsə də qorxusundan cınqırını çıxara bilməyən minlərlə iş adamını, xırda sahibkarı ürəkləndirib. Onlar artıq yavaş - yavaş vaxtilə MTN - dəki "hacı məmmədovlar"ın onlara necə divan tutduqlarını dilə gətirməyə başlayıblar...

Moderator.az - a daxil olan bir özəl məlumata görə bir neçə ay öncə MTN "ayıboğanlar"ı Bakının ən məhşur ticarət məkanlarından olan "Moskva" univermağında əməliyyat keçiriblər. Əməliyyat zamanı onlarla adam istintaqa, yersiz get - gəllərə cəlb olunub və onların əksəriyyətindən külli miqdarda pul aldıqdan sonra sərbəst buraxıblar. 

Sən demə, nazirlik əməkdaşları saxta "onluq" qızıl izinə düşüblərmiş və buna görə də adıçəkilən ticarət mərkəzindəki əksər "polka" sahibləri məhşər ayağına çəkilərək incidilib. Baş verənlərdən müfəssəl məlumatlı olan mənbənin bildirdiyinə görə MTN - çilərin nə qədər saxta onluq qızıl tapdıqlarını kimsə bilməsə də həmin əməliyyat zamanı külli miqdarda rüşvət alındığı barədə hamının xəbəri olub. Amma bu günədək hamı "susmaq qızıldır" məsəlinə riayət edərək başına gələni açıb ağartmaq istəməyib. İndi isə necə deyərlər, çərxi - fələk tərsinə dövran etdiyinə görə danışmağa başlayıblar...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin