Gömrükdə "beşbarmaq" ovu

Hazırda oxunan: Gömrükdə "beşbarmaq" ovu

100787
Azərbaycana gizli yolla "beşbarmaq" gətirmək istəyən şəxslər saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bodrum-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Ramal Məmmədov gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajı rentgen aparatıyla yoxlanılıb və monitorda “beşbarmağ”x9da bənzər əşyanın təsviri görünüb.

Həmin baqaja təkrar baxış zamanı R.Məmmədova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq”x9d aşkar olunub.

İlkin araşdırma zamanı R.Məmmədov izahatında aşkar olunan “beşbarmağ”x9dı Türkiyədən suvenir kimi aldığını və qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirdiyini bildirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya “beşbarmaq”x9d tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.


Aşkar olunan "beşbarmaq"lar

Buna bənzər daha bir qaçaqmalçılıq faktı Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə”x9d gömrük postunda qeydə alınıb. Burada İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Vüqar Məmmədovun çantasına baxış zamanı çantanın içərisindən kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik və soyuq silah hesab edilən 1 ədəd “beşbarmaq”x9d aşkar olunaraq götürülüb.

Oktyabr ayının 5-də də bənzər hadisə baş vermişdi. Azərbaycana "beşbarmaq" gətirmək istəyən şəxs gömrükdə saxlanılmışdı.

Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Vüqar Əliyev gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun yük yerindən 1 ədəd metaldan hazırlanmış “beşbarmaq”x9d aşkar olunaraq götürülmüşdü.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin