Qarabağa investisiya yatırmaq istəyən sahibkarlara əlavə imtiyazlar verilə bilər

Hazırda oxunan: Qarabağa investisiya yatırmaq istəyən sahibkarlara əlavə imtiyazlar verilə bilər

9966

Qarabağ ərazisində fəaliyyət göstərmək istəyən sahibkarlara orada yaradılacaq parklarda və sənaye məhəllələrində əlavə imtiyazlar verilə bilər.

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında çıxış edən Fondun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

O bildirib ki, hazırda məsələ ilə bağlı müzakirələr hazırlanır. O bildirib ki, indiyədək 80-nə yaxın yerli sahibkar işğaldan azad olunan ərazilərdə investisiyaların yatırılması ilə bağlı müraciət edib.

“Eyni zamanda, xarici şirkətlərində bu ərazilərə investisiyaların yatırılması ilə bağlı məsələlər var. Ərazilər minalardan təmizlənəndən sonra artıq o bölgədə xarici investorların dəvət olunma prosesi daha geniş formada olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin