ABŞ-ın qərarı manatı ucuzlaşdıracaqmı? – Ekspert açıqladı

Hazırda oxunan: ABŞ-ın qərarı manatı ucuzlaşdıracaqmı? – Ekspert açıqladı

9956

Xəbər verildiyi kimi, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) 2021-ci ildə keçirilən ilk iclasında uçot dərəcəsi ilə bağlı qərar qəbul edib. Qərara görə, uçot dərəcəsi 0-0,25 faiz səviyyəsində sabit saxlanılıb.

İqtisadçı-ekspert Fuad Ibrahimov Bizim.Media-ya açıqlamasında ucot dərəcəsinin azalmasını pandemiya dövründə ölkə iqtisadiyyatlarının fiskal və monitar siyasəti irəli sürmələri ilə əlaqələndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

500 manat tədavülə buraxılıb? - Mərkəzi Bankdan cavab


Ekspert təkcə ABŞ-da deyil, bütün dünya bankları tərəfindən dönərli və qismən dönərli valyutalara istiqamətdə ucot dərəcələrinin mərhələli şəkildə azaldıldığını qeyd edib:

''Bunun səbəbi pandemiya ilə bağlı idi, amma uçot dərəcələri minimal şəkildə azalaraq indiki səviyyədə saxlanılıb. Bu, ABŞ dollarının sonrakı aqibətində hər hansı yüksəlişlə nəticələnməyəcək''.

''Dollar nə qədər möhkəmlənsə, manata təsiri olmur. Çünki Azərbaycan manatını fiks qiymətlə müəyyən olunmuş məzənnədə saxlayırlar. Əlbəttə ki, bu, bazar iqtisadiyyatı tələblərinə cavab vermir. Amma indiki vəziyyətdə bu, ən uğurlu variantdır''. 

Ekspert əlavə edib ki, dünya ölkələrində neftin qiymətinin müəyyən optimal bazara daxil olması manatın ucuzlaşmasına şərait yaratmır:

''Çünki başqa üslubdan istifadə edirik. Digər ölkələrdə dollar ucuzlaşanda və möhkəmlənəndə valyutalara təsir edir. Bu, Türkiyədə, Rusiyada və İranda da belədir. Bizdə fərqlidir, çünki yanaşma ayrıdır''.

''Dollar digər valyutalara qarşı möhkəmlənsə də, o, Azərbaycan manatı üzərində öz əksini tapmayacaq. Beləliklə, manatın I rüb ərzində dollara qarşı ucuzlaşması gözlənilmir. Valyutamızın məzənnəsi ilə bağlı heç bir təhlükə,  qorxu yoxdur və bu barədə rahat olmaq lazımdır''. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin