Azərbaycanda neftin maya dəyəri nə qədərdir?

Hazırda oxunan: Azərbaycanda neftin maya dəyəri nə qədərdir?

99415
Dövlət Neft Şirkətinin (SOCAR) 2013-cü il üçün audit olunmuş hesabatına əsasən deyə bilərik ki, SOCAR üçün neftin maya dəyəri 18 dollardan götürülüb. 

Oxu.Az-a bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. 

“Bu SOCAR üçün ortalama qiymətdir. Söhbət həm qurudan, həm də dənizdən hasil olunan neftdən gedir”x9d. 

Onun sözlərinə görə, SOCAR-ın hasilatının 90%-i dənizin hesabına düşür. Dənizdən hasil olunan neftin maya dəyəri isə qurudan aşağı olur:

“Quruda maya dəyəri, götürdükdə bahadır. Çünki, qurudan neft az çıxır, ikincisidə qurudakı quyuların neft verimliliyi çox azdır. Dövlət Neft Şirkətinin hasilatının 90%-i dənizin hesabına düşür. Baxmayaraq ki, dənizdə maya dəyəri aşağıdır”x9d.

Mütəxəssis növbəti il üçün neftin maya dəyərinin hansı həddən götürülə bilər? sualına da aydınlıq gətirib:

“Adətən neftin maya dəyəri növbəti il üçün real hasilat və real xərclər bunlar götürüldükdən sonra məlum olur. Ona görə də, maya dəyəri bu keçmiş zamanda olan məsələdir. Gələcək zamanda maya dəyəri olmur. Onu proqnozla etmək olar. 

Hasilatın nə qədər olacağı ilə bağlı proqnoz olmadığına görə, neftin növbəti il üçün maya dəyərini hesablamaq da mümkün olmur”x9d - deyə, İ. Şaban əlavə edib.

Öz növbəsində, digər bir mütəxəssis Azər Mehdiyev isə qeyd edir ki, neftin maya dəyəri hansısa qiymətdən götürülmür:

“Həqiqətən də neftin maya dəyəri hansısa qiymətdən götürülmür. Əlbəttə ki, şirkət əvvəlcədən maya dəyərini planlaşdırır, lakin maya dəyəri hasilat və nəqletmə şərtlərindən asılı olduğuna görə, bu şərtlər isə çox dəyişkən olduğundan maya dəyərini faktiki məlumatlar əsasında hesablayırlar. Hasilat xərcləri və maya dəyəri haqqında məlumat Şirkətin illik hesabatında olur ki, bu da ötən ilki vəziyyəti əks etdirir”x9d.

Qeyd edək ki, şirkətin vitse-prezidenti Süleyman Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, neftin maya dəyəri neft hasilatına çəkilən xərclər hesabına formalaşır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin