Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZ AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZ AÇIQLANDI 

99086

2022-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogen hasilatı 0,67 milyon barel/sutka səviyyəsində gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) aylıq hesabatında deyilir.

Bu proqnoz əvvəlki hesabatla müqayisədə dəyişməz qalıb.

Hesabata əsasən, 2022-ci ilin birinci rübündə hasilat 0,7 milyon, ikinci və üçüncü rüblərdə 0,67 milyon barel/sutka barel/sutka təşkil edib.

Dördüncü rübdə də neft hasilatı 0,67 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.

2023-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,64 milyon barel/sutka olacaq. Bu proqnoz da əvvəlki hesabatla müqayisədə dəyişməz qalıb. Gələn il rüblük hasilat birinci rübdə 0,65 milyon, ikinci rübdə 0,64 milyon, üçüncü rübdə 0,63 milyon, dördüncü rübdə isə 0,64 milyon barel/sutka təşkil edəcək.
 

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,72 milyon barel təşkil edib.

EIA-nın göstəricilərinə görə, 2021-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,75 milyon, 0,7 milyon, 0,71 milyon və 0,71 milyon barel/sutka təşkil edib

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin