Azərbaycanda cari hesab balansı üzrə profisitinin ÜDM nisbəti proqnozlaşdırılıb

Hazırda oxunan: Azərbaycanda cari hesab balansı üzrə profisitinin ÜDM nisbəti proqnozlaşdırılıb

98764

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda cari hesab balansı üzrə profisitinin ümumi daxili məhsuluna (ÜDM) nisbətini 31,7 % səviyyəsində olacağını proqnozlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə IMF-nin “Dünya İqtisadi Görünüşü” hesabatının oktyabr sayında bildirilib. 

Sənədə əsasən, bu, qurumun iyul ayı proqnozu ilə müqayisədə 7,1 faiz bəndi çoxdur. 

IMF gələn il Azərbaycanda cari hesab balansı üzrə profisitinin ÜDM-yə nisbətini 31,4 % olmasını gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 9,8 fazi bəndi çoxdur.

2027-ci ildə isə IMF Azərbaycanda cari hesab balansı üzrə profisitinin ÜDM nisbətini 9,6 %-ə enəcəyini bildirir. Bu da, iyul proqnozu ilə müqayisədə 0,5 faiz bəndi çoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin