“Azərbaycan investisiyaları Qırğızıstana cəlb ediləcək” - Sadır Japarov 

Hazırda oxunan: “Azərbaycan investisiyaları Qırğızıstana cəlb ediləcək” - Sadır Japarov 

98731

“Azərbaycan Respublikasının biznes dairələrini bazarımızda salamlayırıq və bundan sonrakı tərəfdaşlığa açığıq. Biz investorların qorunmasına zəmanət veririk və ən əlverişli şəraiti təqdim etməyə hazırıq”. 

Bizim.Media xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında bildirib.

"Sevindirici haldır ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasının vacibliyi anlayışı var. Onun indiki səviyyəsi hələlik potensialdan uzaqdır", - Qırğızıstan Prezidenti vurğulayıb. 

“Xalqlarımızın ortaq tarixə, köklərə, mədəniyyətə, ənənələrə və milli xüsusiyyətlərə malik olduğunu bildirən Prezident Sadır Japarov qeyd edib ki, əcdadlarımız çox qədim zamanlardan bizə dostluq və əməkdaşlıq vəsiyyət ediblər. 

Prezident İlham Əliyevin Bişkekə səfərini Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi dəyərləndirən Qırğızıstan Prezidenti qeyd edib ki, məhdud tərkibdə görüşdə əməkdaşlığın çox mühüm məsələləri müzakirə edildi, onun başlıca istiqamətləri, prioritetləri müəyyənləşdirildi”,- deyə Qırğızıstan rəhbəri bildirib. 

Ticari-investisiya əməkdaşlığından danışan Prezident Sadır Japarov deyib: 

“Bu gün biz Sizinlə Qırğız-Azərbaycan İnkişaf Fondunun mühüm rolunu nəzərdən keçirdik. Bu Fond Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında sürət katalizatoru və fəaliyyət mexanizminə çevrilməlidir”.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin