“Dövlət Fondlarına parlamentin nəzarəti və ictimai nəzarət gücləndirilməlidir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Dövlət fondlarının vəsaitləri artır. Vəsaitlər artdıqca ondan səmərəli istifadəni yoxlamaq lazımdır. İşsizlikdən Sığorta Fondu, İcbari Tibbi Sığorta, Dövlət Sosial Sığorta Fondunun vəsaitləri artmaqdadır.
Təkcə İşsizlikdən Müdafiə Fondunun büdcəsi 5,6 milyard manata yaxındır. Bu, hansı məntiqə sığır ki, bu qədər yüksək vəsait parlamentin nəzarətindən kənarda qalır? Məhz buna görə də, şəffaflığın artırılması istiqamətində monitorinqlər gücləndirilməlidir.
Qeyd edim ki, adını sadaladığım fondlara parlamentin nəzarəti, həmçinin ictimai nəzarət gücləndirilməlidir” – deyə, Əli Məsimli əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:37 / 11.10.2022
"Dövlət Fondlarına parlamentin nəzarəti gücləndirilməlidir" - DEPUTAT
Hazırda oxunan: "Dövlət Fondlarına parlamentin nəzarəti gücləndirilməlidir" - DEPUTAT
Hazırda oxunan: "Dövlət Fondlarına parlamentin nəzarəti gücləndirilməlidir" - DEPUTAT
98684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.