Moldovaya yaxın iki aya 300 milyon kubmetr təbii qaz lazımdır.
Bizim.Media xəbər verir ki, bunu Moldovanın Baş naziri Nataliya Qavrilitsa Bakıda keçirilən Azərbaycan və Moldovanın İşgüzar Dairələrinin nümayəndələri ilə görüş çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, enerji təminatı ilə bağlı Moldova həm qısa, həm də uzunmüddətli həlləri nəzərdən keçirir.
"Heç bir ölkə uzun müddət tək bir təchizatçıya etibar edə bilməz. Biz ümid edirik ki, yaxın gələcəkdə bu istiqamətdə Azərbaycanla danışıqlarımız olacaq. Müqavilələr vaxt alır. Hazırda Azərbaycan qazına Avropa İttifaqı ölkələrində böyük tələb var".
Xatırladaq ki, Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:06 / 11.10.2022
Moldova Azərbaycandan almaq istədiyi qazın həcmini açıqladı
Hazırda oxunan: Moldova Azərbaycandan almaq istədiyi qazın həcmini açıqladı
Hazırda oxunan: Moldova Azərbaycandan almaq istədiyi qazın həcmini açıqladı
98639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.