“Şuşada inşası planlaşdırılmış 9 yeni müasir Transformator yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzlərinin artıq 6-sı tikilib, bunlardan birinin açılışı edilib”.
Bizim.Media xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, digər 3 yarımstansiyanın isə gələn il ərzində istismara veriləcəyi gözlənilir. A. Məmmədzadənin sözlərinə görə, görüləcək işlərdən sonra Şuşada radial sxemlə işləyən 48 ədəd Transformator Məntəqələri müasir sxemə əsaslanan 9 ədəd 35/0,4 kV-luq rəqəmsal yarımstansiyalar əvəz edəcək. Şəbəkəyə aid xətlər isə yeraltı çəkiləcək.
Digər yarımstasiyaların, ümumilikdə Şuşanın elektrik şəbəkəsinin innovativ yeniliklərə uyğun şəkildə qurulması işi davam etdirilir.
Qeyd edək ki, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı 2022-ci il mayın 10-da Prezident İlham Əliyev tərəfindən edilib. İstismara verilmiş Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi 35/0,4kV-luq 2x2500 kV gücündədir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:10 / 07.10.2022
Şuşada yeni yarımstansiya istismara verildi
Hazırda oxunan: Şuşada yeni yarımstansiya istismara verildi
Hazırda oxunan: Şuşada yeni yarımstansiya istismara verildi
98034
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.