“Azərbaycan və Norveç digər Avropa ölkələrinə enerji böhranından çıxmağa kömək edəcəklər”.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqına sədrlik edən Çex Respublikasının Baş naziri Petr Fiala məlumat verib.
Nazir bildirib ki, hər bir Avropa ölkəsinin üzləşdiyi ən böyük problemlərindən biri enerji qiymətləridir:
"Biz Rusiyanın etdiyi kimi enerji sektorunda bizi şantaj edə biləcək dövlətlərdən asılılıqdan qurtulmalıyıq, enerji xammalının alınması mənbələrini şaxələndirməliyik. Burada, (Praqa nəzərdə tutur – Red) biz Norveç və Azərbaycan kimi ölkələrdən zəmanət almışıq ki, onlar Avropa İttifaqı ilə əməkdaşlığa və bizə kömək etməyə hazırdırlar. Bu son dərəcə vacibdir”.
O, “Avropa siyasi birliyi” Zirvə Toplantısının yaratdığı siyasi və müzakirə platformasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, görüş zamanı Avropa ölkələrinin liderləri arasında səmərəli ünsiyyət baş tutub, onlar arasında ikitərəfli görüşlər keçirilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:34 / 07.10.2022
“Azərbaycan Avropa ölkələrinə enerji böhranından çıxmağa kömək edəcək” - Çexiya Baş naziri
Hazırda oxunan: “Azərbaycan Avropa ölkələrinə enerji böhranından çıxmağa kömək edəcək” - Çexiya Baş naziri
Hazırda oxunan: “Azərbaycan Avropa ölkələrinə enerji böhranından çıxmağa kömək edəcək” - Çexiya Baş naziri
97891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.