“ƏDV geri al” bəzi məhsullara niyə şamil edilmir? – Ekspertin İZAHI

Hazırda oxunan: “ƏDV geri al” bəzi məhsullara niyə şamil edilmir? – Ekspertin İZAHI

97812

Artıq Azərbaycanda bir neçə ildir ki, “ƏDV geri al” kampaniyası həyata keçirilir. Bu tədbir çoxsaylı məhsullara şamil edilib. Amma bəzən marketlərdə alıcılar satılan bütün mallara, ərzaq məhsulları, meyvə və tərəvəzlər üçün də “ƏDV geri al” prinsipini tələb edirlər. Satıcılar isə bu prosesin həmin məhsullara niyə tətbiq edilmədiyini izah edə bilmirlər.

Əhalini maarifləndirmək üçün bu sualı ekspertə ünvanladıq: Niyə bəzi ərzaq məhsulları, meyvə və tərəvəzə “ƏDV geri al” şamil edilmir?

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, ərzaq məhsulları, meyvə və tərəvəzə ƏDV tətbiq olunmadığından onların alınması zamanı ƏDV-nin geri qayıtması da baş vermir:

“Bir çox məhsullar ümumiyyətlə ƏDV vergisindən azaddır. O cümlədən, yerli istehsal olunan toyuq əti, yumurta və çörəyə ƏDV ümumiyyətlə tətbiq olunmur.
Onların qiymətinin üzərinə ƏDV vergisi daxil olmadığından həmin məhsulların alınması zamanı ƏDV-nin geri qayıtması prosesi baş tutmur.

Qəbzə diqqətlə nəzər yetirdikdə buna rast gələ bilərik. Burada ƏDV ilə olan məhsulların ayrı, ƏDV-siz məhsulların da başqa bir təsnifatı verilir. ƏDV-nin bu məhsullara tətbiq ediməməsi isə bahalaşmanın qarşısını almaqla, yerli istehsalın stimullaşdırılmasıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin