Ağdama çəkilən dəmir yolu 2023-cü ildə işə düşəcək – Yeni azad iqtisadi zona üçün vacib ADDIM  

Hazırda oxunan: Ağdama çəkilən dəmir yolu 2023-cü ildə işə düşəcək – Yeni azad iqtisadi zona üçün vacib ADDIM  

97587

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. 

Qeyd edək ki, Bərdədən Ağdama qədər uzanacaq dəmir yolunun tikintisinə 2020-ci ildə başlanılıb.

Onun uzunluğu 47,1 km-dir. Burada işlərin artıq 80 faizi başa çatıb. 2023-cü ildə isə proses tam başa çatmalıdır. Hazırda işlər Bərdə-Köçərli-Təzə Kənd stansiyasında gedir. Burada tikilən dəmir yolu vağzalı gündəlik 800-1000 sərnişin daşımağa imkan verəcək. Layihənin ikinci mərhələ Təzə Kənd və Ağdam istiqamətlərini əhatə edir və indi aparılan işlər də məhz bu istiqamətdədir.  

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, sözügedən dəmir yolu yükdaşımaların ucuzlaşmasına səbəb olmaqla yanaşı işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində mühüm əhəmiyyət kəsb edəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Ağdam şəhərinə qayıdışın TARİXİ AÇIQLANDI  


“İşğaldan azad olunmuş torpaqların bərpasında nəqliyyat infrastrukturu önəmli rol oynayır. Dəmir yolu da ən ucuz və effektiv infrastruktur layihəsi sayıldığından Ağdama qədər uzanan dəmir yolu da yükdaşımaların kifayət qədər ucuzlaşması və həmin bölgələrin bərpasında mühüm əhəmiyyət kəsb edəcək.

Ağdam dəmir yolu vasitəsilə sözügedən bölgələrin bərpası prosesində nəqliyyat infrastrukturu olaraq dəmir yolunun xüsusi çəkisi də artacaq.

Bu mənada Ağdama dəmir yolunun çəkilməsi ölkəmizə kifayət qədər ciddi dəstəkdir. Həmin bölgələrin gələcək inkişaf və məhsul istehsalı perspektivləri də var. Orada azad iqtisadi zonaların yaradılması, kənd təsərrüfatının inkişafı yolunda addımların atılması nəzərdə tutulur. Bütün bunlar onu deməyə əsas verir ki, dəmir yolu ucuz və effektiv nəqliyyat vasitəsi olduğundan həmin dəmir yolu gələcəkdə istehsal olunacaq mal və məhsulların həm ölkə daxili, həm də xaricə ixrac olunmasında kifayət qədər müsbət rol oynayacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin