BMT-dən inflyasiya ilə bağlı XƏBƏRDARLIQ 

Hazırda oxunan: BMT-dən inflyasiya ilə bağlı XƏBƏRDARLIQ 

97307

Birləşmiş Millətlər Təşkilatı (BMT) bəzi ölkələrdə faiz dərəcələrinin artması fonunda “sərt” iqtisadi konyunkturaya yönəlmə cəhdlərini qlobal durğunluq üçün real risk daşıması barədə xəbərdarlıq edib.

Bizim.Media “The Guardian“ qəzetinə istinadən bildirir ki, BMT faiz dərəcələrinin artırılması əsasən zəngin ölkələrin inflyasiya ilə mübarizəsinin nəticəsidir.

BMT-nin ticarət və inkişaf konferensiyasının(UNCTAD) hesabatında bir çox ölkənin mərkəzi banklarının kəskin qiymət artımına qarşı faizləri yüksəltməsi “ehtiyatsız avantüra” kimi dəyərləndirilib. Hesabatda, bu cür addımların pis nəticələrə gətirib çıxara biləcəyi qeyd olunub.
“Apa-Economics” analitik qrupu bildirir ki, dünyanın əsas inkişaf etmiş ölkələrində sərt faiz artımı qısamüddətli perspektivdə davam edəcək.

Belə ki, Federal Ehtiyat Sistemi (FED), Avropa Mərkəzi Banki (ECB) və İngiltərə Mərkəzi Bankının (BOE) yaxın perspektivdə uçot faiz dərəcələrini 0.50-0.75 faiz bəndi artırması gözlənilir.

Xatırladaq ki, pandemiya və Rusiya-Ukrayna münaqişəsi fonunda sürətlənən inflyasiyanın qarşısını almaq üçün inkişaf etmiş ölkələr sərt monetar siyasət addımları atmağa məcbur olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin