Bu ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 071,8 manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1 % çoxdur. Qeyd edək ki, ilin ilk yarım ilində Bakıda orta aylıq nominal əməkhaqqı 1 065,7 manat təşkil edib.
2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 % artaraq 831,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:53 / 01.10.2022
Bakıda orta aylıq əməkhaqqı ARTDI
Hazırda oxunan: Bakıda orta aylıq əməkhaqqı ARTDI
Hazırda oxunan: Bakıda orta aylıq əməkhaqqı ARTDI
96809
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.