İcbari avtomobil sığortası yeni qayda ilə hesablanacaq - BU GÜNDƏN

Hazırda oxunan: İcbari avtomobil sığortası yeni qayda ilə hesablanacaq - BU GÜNDƏN

96806

Bu gündən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqlarının yeni qayda ilə hesablanmasına başlanılır.

Bizim.Media xəbər verir ki, qaydalara edilən dəyişikliklərə əsasən, sığorta haqları 4 əsas amil nəzərə alınaraq müəyyənləşdiriləcək: 

1. Daşıdığı riskin səviyyəsinə görə. Baza sığorta haqqı, yəni 50 manat dəyişdirilmir və olduğu kimi qalır. Lakin, risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq edilir.  

2. Digər risk amili nəqliyyatın intensivliyi ilə bağlıdır. Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Ona görə də Bakı şəhərinə 1,1, Sumqayıt və Abşerona 1,05, digər bölgələrə isə 0,95 əmsalı tətbiq edilir. 

3. Nəqliyyat vasitələrinin yaşı. Belə ki, istismar müddəti 10 ili aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunur. 

4. Dördüncü amil nəqliyyat vasitəsini idarə edənlərin sayı. Əgər nəqliyyat vasitəsini iki və daha artıq şəxs idarə etmək hüququna malikdirsə o zaman baza sığorta haqqına 1,15 əmsalı tətbiq edilir.
Qeyd edək ki, zərərlərin yeni qaydalarla birbaşa tənzimlənməsi isə noyabrın 1-dən etibarən həyata keçiriləcək.

Xatırladaq ki, "İcbari sığortalar haqqında" Qanun 2011-ci ildə qüvvəyə minib və sığorta haqları, tarifləri və sığorta təzminatları bu qanunla tənzimlənir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin