Azərbaycan beynəlxalq ödəniş sistemlərini ölkəyə dəvət edib

Hazırda oxunan: Azərbaycan beynəlxalq ödəniş sistemlərini ölkəyə dəvət edib

96772

Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq ödəniş təşkilatlarını Azərbaycan fintexlərinin sırasına daxil olmaq üçün ölkəyə gəlməsini təşviq edir.

Bizim.Media xəbər verir ki, bunu report-a açıqlamasında AMB-nin Baş direktoru Fərid Osmanov deyib.

F.Osmanov əlavə edib ki, həmin fintexlərin bazara daxil olub-olmaması onların öz biznes maraqlarından asılıdır:

“Hazırkı qanunvericilikdə hər-hansı ödəniş xidmətinin, ödəniş təşkilatının bazarımıza daxil olması üçün məhdudlaşdırıcı heç bir fəaliyyəti yoxdur. Onlar azad şəkildə Azərbaycanın fintex bazarına daxil ola bilərlər. Sadəcə Mərkəzi Bank yenilikçi, innovativ təşkilatların ölkəmizə gəlməsini təşviq edir, onlara çağırış edir. Bunun nəticəsidir ki, ötən il “ApplePay”, bu il isə “Google Pay” Azərbaycana gəldi.

Bunun davamlı olması üçün biz öz çağırışlarımızı edirik. Amma bu təşkilatçıların daha çox biznes maraqlarından irəli gəlir. Əgər onların biznes maraqları Azərbaycan bazarına yönəlikdirsə onlar ölkəmizə daxil ola bilirlər”.
Qeyd edək ki, 2021-ci ilin noyabrın 2-də "Apple Pay", 2022-ci ilin avqustun 23-də isə "Google Pay" xidmətindən istifadə Azərbaycanda aktivləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin