“Mən bu gün Bolqarıstanın bir neçə aparıcı şirkətinin rəhbərləri ilə görüşəcəyəm. Artıq görüşlər üçün mövzular da kifayət qədərdir. Əminəm ki, bu görüş bütövlükdə iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox önəmli rol oynayacaq”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Sofiyada Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
“Eyni zamanda, mən Bolqarıstan şirkətlərini Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət edəcəyəm, o cümlədən işğaldan azad olunmuş ərazilərə. Hazırda orada böyük quruculuq-abadlıq işləri aparılır və biz dost ölkələrin şirkətlərini orada görmək istərdik”, - Prezident İlham Əliyev vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:08 / 30.09.2022
Bolqarıstan şirkətləri azad olunmuş ərazilərə dəvət olunacaq
Hazırda oxunan: Bolqarıstan şirkətləri azad olunmuş ərazilərə dəvət olunacaq
Hazırda oxunan: Bolqarıstan şirkətləri azad olunmuş ərazilərə dəvət olunacaq
96746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.