Əlcəzair Xəbər Xidmətindən verilən məlumata əsasən Əl-Cəzair Enerji naziri Abdulməcid Attar qatıldığı proqramda OPEC ölkələrinin neft qiymətlərini 40 dollar ətrafında sabitləşməyini düşündüklərini qeyd edib. Attar, pandemiya ilə əlaqədar bütün dünyada neft hasilatının gerilədiyini qeyd edib. Belə ki, əvvəlki dövrlərlə müqayisədə pandemiya dövründə gündəlik neftə olan tələbat 9 milyon barel azalıb. Lakin Attar 2021-ci ilin ilk aylarından etibarən neft qiymətlərində artımın olacağını proqnozlaşdırır. Buna nail olmaq üçün OPEC ölkələri neft hasilatını mərhələli şəkildə azaltmağı düşünür.
OPEC ölkələri bu ilin may-iyul aylarında neft istehsalının 9,7 milyon barelə, avqust ayından ilin sonuna qədər isə 7,7 milyon barelə qədər azaldılması haqqında qərar qəbul etmişdi. Neft hasilatının azaldılması ilə dünya bazarında neftə olan tələbatın artıracağı proqnozlaşdırılır. Bu isə neft qiymətlərində özünü açıq şəkildə göstərəcək deyə Attar qeyd edib.
Hazırda Azəri Layt markalı neftin bir bareli dünya bazarında 44 dollar 62 sent qiymətində dəyərləndirilir. Analitiklər OPEC ölkələrinin neft strategiyası nəzərə alındığında 2020-ci ilin sonu və 2021-ci ilin əvvəlləri üçün bu qiymətin sabit qalacağını ehtimalı edirlər.
Bizim Media