Bundan sonra alqı-satqı zamanı verdiyiniz “BEH” batmayacaq - EKSPERT 

Hazırda oxunan: Bundan sonra alqı-satqı zamanı verdiyiniz “BEH” batmayacaq - EKSPERT 

96545

Ev alqı-satqısı zamanı verilən beh notarial qaydada təsdiqlənəcək. Bu, evlərin alqı-satqısı prosedurunun dəyişməsi ilə mümkün olacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bu məsələ müzakirə olunub və Mülki Məcəlləyə təklif olunan müvafiq dəyişiklik parlamentin plenar iclasına tövsiyə edilib.

Bizim.Media-ya açıqlamasında iqtisadçı Akif Nəsirli bildirir ki, alqı-satqı zamanı verilən behin notarial qaydada təsdiqlənməsi bu sahədə yaşanan mübahisələrin aradan qaldırılmasına hesablanıb:

“İnsanlar arasında bəzən ev-alqısı zamanı mübahisələr yaranır. Verilən behin notarial qaydada təsdiqlənməsi ilə mübahisələrin aradan qaldırılması üçün konkret mexanizm yaranır.

Kimsə ev almaq üçün beh verir, amma sonradan fikrindən daşınırsa, bu artıq məhkəmə predmeti olaraq həll olunacaq. Əvvəllər isə yazılmamış qanunlara əsasən kimsə beh verib ona əsasən əldə etdiyi malı almırdısa, beh də batırdı. Yəni əvvəlki halda verilən beh onu alan şəxsdə qalırdı. İndi isə behlə bağlı mübahisə məsələsi artıq hüquqi müstəvidə öz həllini tapacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin