Azərbaycan Mərkəzi Bankı (AMB) açıq bankçılıq standartları hazırlayır.
Bizim.Media xəbər verir ki, bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda AMB-nin baş direktoru Fərid Osmanov bildirib.
"Düşünürük ki, normativ-hüquqi bazanın formalaşdırılmasından sonra ölkəmizdə bank sistemi ilə fintex sistemi rəqabət şəraitində deyil, bir-biri ilə sinerji şəraitində çalışacaq. Bunun əsas təlimatçılarından olan açıq bankçılıq standartları işlənilir və qəbul olunacaq.
AMB həm tənzimləyici, həm də dəstəkləyici maliyyə institutu kimi çıxış edir. Bu baxımdan xüsusi tənzimləmə rejiminin formalaşmasına önəm veririk. Hər bir innovativ ideya, startap bazara çıxmazdan öncə xüsusi tənzimləmə rejimi çərçivəsinə keçəcək və bu yolla maliyyə bazarlarına daha sağlam startap və fintexlərin çıxışını dəstəkləyəcəyik", - deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:08 / 29.09.2022
Azərbaycanda açıq bankçılıq standartları hazırlanır
Hazırda oxunan: Azərbaycanda açıq bankçılıq standartları hazırlanır
Hazırda oxunan: Azərbaycanda açıq bankçılıq standartları hazırlanır
96435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.