BMT Azərbaycanda sosial sahibkarlıq üzrə TÖVSİYYƏ HAZIRLAYIB

Hazırda oxunan: BMT Azərbaycanda sosial sahibkarlıq üzrə TÖVSİYYƏ HAZIRLAYIB

96202

BMT-nin İnkişaf Proqramı Azərbaycanda sosial sahibkarlıq üzrə tövsiyyələr hazırlayıb.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin İnkişaf Proqramının sosial sahibkarlıq üzrə beynəlxalq eksperti Lana Lovaşiç deyib.

Onun sözlərinə görə, sosial sahibkarlıq üzrə Azərbaycanda bu ilin aprel ayından aparılan araşdırmalar üzrə iki istiqamətdə tövsiyyələr hazırlanıb.

"Bizim hazırladığımız siyasətlər iki istiqamətdə təqdim olunub. Birinci siyasət tövsiyyələri, hansı ki, burda fiskal həvəsləndirmələrin göstərilməsi, vergi ilə bağlı müəyyən güzəştlərlərin olması, sosial sahibkarlara maliyyə baxımından dəstəyin göstərilməsi də bu istiqamətdə potensial maliyə tərəflərin maarifləndirməsi də aiddir. Yəni siyasət səviyyələrində bunlar öz əksini tapıb", - deyə Lana Lovaşiç qeyd edib.
O, həmçinin əlavə edib ki, ikinci istiqamət üzrə ümumi ekosistemin inkişaf etdirilməsi üçün tövsiyələrdir ki, insanlar bu haqda bilsinlər və birinci olaraq sosial sahibkarlığın tərifi Azərbaycanda qəbul olunsun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin