Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Sinqapurun xarici işlər naziri Vivian Balakrişnanla görüşündə iki ölkəd arasında İqtisadi Əməkdaşlıq Komissiyasının təsis edilməsi müzakirə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ceyhun Bayramov Azərbaycanla Sinqapur arasında Qoşulmama Hərəkatında, habelə bir çox beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan və ölkəmizə verilən dəstəkdən məmnunluq ifadə edib.
Yüksək səviyyəli mütəmadi səfərlərin, nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ölkələrimiz arasında sıx əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacağı bildirilib.
Münasibətlərimizin siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar və digər sahələrdə böyük potensialı olduğu diqqətə çatdırılıb.
Nazir eyni zamanda, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, 44 günlük müharibədən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən işlər, eləcə də Ermənistanın son təxribatları barədə qarşı tərəfə ətraflı məlumat verib.
Sinqapur naziri Vivian Balakrişnan Sinqapurun ölkəmiz ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu, bir sıra Sinqapur şirkətlərinin ölkəmizə sərmayə qoyduğunu diqqətə çatdırıb.
Ölkələrimiz arasında qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün imkanların araşdırıldığı qeyd edilib.
Görüş zamanı, eyni zamanda Azərbaycanla Sinqapur arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri, mədəniyyət sahəsində mübadilələrin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
21:46 / 24.09.2022
Azərbaycan-Sinqapur İqtisadi Əməkdaşlıq komissiyası təsis ediləcək - FOTO
Hazırda oxunan: Azərbaycan-Sinqapur İqtisadi Əməkdaşlıq komissiyası təsis ediləcək - FOTO
Hazırda oxunan: Azərbaycan-Sinqapur İqtisadi Əməkdaşlıq komissiyası təsis ediləcək - FOTO
95624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.