“Azərbaycanın ÜTT-yə üzv olması istiqamətində müəyyən protokollar imzalana bilər” - EKSPERT

Hazırda oxunan: “Azərbaycanın ÜTT-yə üzv olması istiqamətində müəyyən protokollar imzalana bilər” - EKSPERT

95552

Ümumdünya Ticarət Təşkilatı beynəlxalq ticarəti tənzimləyən və asanlaşdıran hökumətlərarası təşkilat olaraq 1995-ci ildə qurulub. ÜTT dünyanın ən böyük beynəlxalq iqtisadi təşkilatıdır və 164 üzv dövləti təmsil edir.

Bizim.Media xəbər verir ki, Rusiya sözügedəön təşkilata çox gec, məhz 2012-ci ildə üzv ola bilibsə, İran və Azərbaycan hələ də ÜTT-yə üzv deyil.

İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın ÜTT ilə 1997-1998-ci illərdən danışıqlara başladığını qeyd edib:

“Demək olar ki, Azərbaycan və ÜTT münasibətlərinin nizamlanmasında müəyyən irəliləyiş var. Azərbaycan Avropa İttifaqı ilə yeni strateji tərəfdaşlıq sazişi üzərind işləyir. Sazişin əsas tələblərindən biri də ÜTT-yə üzv olmaqdır. Ona görə də, ola bilər ki, ÜTT-yə üzvlük mərhələsində müsbət nəticələr bizi gözləsin və ilk növbədə protokollar imzalansın”.

Ekspert Azərbaycanın hələ də təşkilata tam üzv ola bilməməsinin səbəblərini də açıqlayıb:

“ÜTT-yə üzv olmaq çətin prosesdir və bu ləngidikcə Azərbaycanın təşkilata üzv olma məsələsi gecikir. ÜTT-yə üzvlük gömrük və vergi siyasətini, bazarın rəqabətlilik mühitində formalamasını özündə ehtiva edir. Bunun üçün bazar açıq olmalı, rəqabət genişlənməli, gömrük və vergi siyasəti ÜTT təşkilatı qaydalarına uyğun aparılmalıdır.
 

Hazırda Azərbaycanda azad bazarın formalaşması və inhisarçılığın aradan qaldırılması üçün ciddi işlər görülür. Mane olan səbəb budur, ümidvarıq ki, bu məsələ tezliklə həllini tapacaq.


Hər halda Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi əlaqələrinin inkişaf etməsi və dayanıqlı səviyyədə davam etməsi gələcəkdə Azərbaycan və ÜTT münasibətlərinin reallaşacağından xəbər verir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin