Bolqarıstanın qaza tələbatının 19 faizini Azərbaycan qarşılayacaq.
Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında yazıb.
"Rumıniyada Bolqarıstanın energetika naziri Rosen Xristov ilə ikitərəfli enerji əməkdaşlığının inkişafını müzakirə etdik. İlin sonuna Bolqarıstanın qaza tələbatının 19 %-i Azərbaycan hesabına ödəniləcək", - deyə o əlavə edib.
Bizim.Media
Rumıniyada Bolqarıstanın energetika naziri Rosen Xristov ilə ikitərəfli enerji əməkdaşlığının inkişafını müzakirə etdik. İlin sonuna #Bolqarıstan|ın qaza tələbatının 19 %-i #Azərbaycan hesabına ödəniləcək. pic.twitter.com/yYt106n3pB
— Parviz Shahbazov (@ParvizShahbazov) September 22, 2022