Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.
“Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu il Yunanıstana qaz ixracımız 1.1 mlrd. kubmetr proqnozlaşdırılır”, - paylaşımda bildirilir.
Bizim.Media
Yunanıstanın ətraf mühit və energetika naziri @KostasSkrekas ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu il Yunanıstana qaz ixracımız 1.1 mlrd.m3 proqnozlaşdırılır. pic.twitter.com/DeQeB05Ff5
— Parviz Shahbazov (@ParvizShahbazov) September 22, 2022